Slimfit
  1. İDMAN

Türkiyə millisi İrəvanda Ermənistan yığmasına qalib gəlib

Türkiyə millisi İrəvanda Ermənistan yığmasına qalib gəlib
Sakura

Türkiyə millisi İrəvanda Ermənistan yığmasına qalib gəlib

Futbol üzrə Türkiyə millisi “Avro-2024”ün seçmə mərhələsinə qələbə ilə başlayıb.

Ens.az Trend -ə istinadən xəbər verir ki, Türkiyə millisi İrəvandakı Respublika Stadionunda Ermənistan yığmasının qonağı olub.

İspaniyalı baş hakim Xose Maria Sançesin idarə etdiyi oyunda hesab avtoqolla açılıb. Belə ki, 10-cu dəqiqədə türk futbolçu Ozan Kabak topu öz qapısından keçirib. Qarılaşmanın 35-ci dəqiqəsində Orkun Kökçü hesabı bərabərləşdirib. Matçın birinci hissəsi 1:1 hesabı ilə yekunlaşıb.

İkinci hissəyə Türkiyə millisi daha fəal başlayıb. Matçın 64-cü dəqiqəsində türk yarımmüdafiəçi Kerem Aktürkoğlu hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, Türkiyə millisi Ermənistan yığmasını 2:1 hesabı ilə məğlub edib.

Türkiyə millisi növbəti oyununu martın 28-də doğma meydanda Xorvatiya seçməsinə qarşı keçirəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR