Slimfit
  1. DÜNYA

Türkiyə “TikTok”u qapada bilər: Parlamentdə müzakirələr başlayıb

Türkiyə “TikTok”u qapada bilər: Parlamentdə müzakirələr başlayıb
Sakura

Türkiyə “TikTok”u qapada bilər: Parlamentdə müzakirələr başlayıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Rəqəmsal Media Komissiyasında qardaş ölkədə “TikTok” sosial şəbəkəsinə məhdudiyyətlərin tətbiqinə dair müzakirələr təşkil edilib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, qeyd olunur ki, iclasa “TikTok”un Türkiyə üzrə nümayəndəsi Emre Gelen də qatılıb.

Türkiyə parlamentinin Rəqəmsal Media Komissiyasının rəhbəri Hüseyn Yayman bildirib ki, komissiyanın üzvləri “TikTok”da yaş filtrinin tətbiq olunmasını istəyir:

“İnsan azadlıqların müdafiəsi ilə yanaşı, bildirmək istəyirəm ki, fərdin qorunması, ictimai asayişin və ailə həyatının toxunulmazlığı, gənclərin sağlam təhsil alması bizim qırmızı xətlərimizdir”.

Türkiyəli parlamentari fikrinin davamında bildirib ki, rəqəmsal media dövlətdən, qanunvericilik normalarından, icra və məhkəmə hakimiyyətlərindən yuxarı qoyula bilməz.

“Təəssüf ki, transmilli rəqəmsal şəbəkələr artıq narkotiklərin, qadın alverinin, kiberfaşizmin, uşaqlara qarşı zorakılığın və qanunsuzluğun tüğyan etdiyi məkana çevrilib. Biz bunu heç vaxt qəbul edə bilmərik”, - deyə Rəqəmsal Media Komissiyasının rəhbəri söyləyib.

Məlumat üçün əlavə edək ki, “TikTok” Türkiyədə ən çox məşğulluğu təmin edən sosial şəbəkə provayderi və Türkiyə bazarına ən çox sərmayə yatıran sosial şəbəkə provayderidir.

Mənbə: İHA

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR