Slimfit
  1. TÜRKİYƏ

Türkiyədə işsizlik səviyyəsi ən yüksək həddə çatıb

Türkiyədə işsizlik səviyyəsi ən yüksək həddə çatıb
Sakura

Türkiyədə işsizlik səviyyəsi 2009-cu illə müqayisədə ən yüksək həddə çatıb

Türkiyə Statistika İnstitutunun (TurkStat) dərc etdiyi məlumatlarına əsasən, Türkiyədə işsizlik fevral ayında 14,7% təşkil edib ki, bu da 2009-cu ilin mart ayından etibarən ən yüksək səviyyə hesab olunur.

TurkStat öz saytında xəbər verib ki, işsizlik səviyyəsi yanvar ayından etibarən dəyişməmişdir. Təqdim olunmuş məlumatlar mart ayına qədər olan göstəricilər əsasında toplanıb, özü də fevral ayı əsas ay olaraq götürülüb.

Ens.az xəbər verir ki, qeyri-kənd təsərrüfatı sektorunda işsizlik əvvəlki aya nisbətən 16,8%-dən 16,9%-ə qədər qalxıb. İnstitutun məlumatına görə, gənclər arasında işsizlik yanvar ayında 26,7%-dən 26,1%-ə qədər aşağı düşüb.

Mövsümi dalğalanmaları nəzərə alsaq, işsizlik səviyyəsi əvvəlki aya nisbətən 13,3%-dən 13,6%-ə qədər yüksəlmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR