Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdış qaydası AÇIQLANDI

Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdış qaydası AÇIQLANDI
Sakura

Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdış qaydası AÇIQLANDI

"Hazırda Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır".

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həmin tələbələrin ölkəyə qayıdışı onların təhsil aldıqların ali təhsil müəssisəsindəki təhsilin təşkili formasına uyğun olaraq, şəxsi seçimləri əsasında tənzimlənir.

"Azərbaycana qayıtmaq üçün hansısa müraciət-qeydiyyat prosesinə zərurət olmadığından onların müvafiq sərhəd-buraxılış məntəqələrindən ölkəyə girişi aidiyyəti dövlət qurumları tərəfindən idarə edilir.

Elm və Təhsil Nazirliyində xaricdə, o cümlədən Türkiyədə yalnız dövlət hesabına təhsil alan Azərbaycan vətəndaşlarının qeydiyyatı aparıldığından şəxsi vəsait hesabına bu ölkədə təhsil alan Azərbaycana giriş edənlərin sayı barədə nazirlikdə məlumat mövcud deyil", - qurumdan bildirilib.

Nazirlikdən qeyd olunub ki, həmin şəxslərin hansı sərhəd-buraxılış məntəqələrindən ölkəyə buraxılmalarını aidiyyəti dövlət qurumu müəyyən edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR