Slimfit
  1. İDMAN

UEFA reytinqi: Azərbaycanın hesabına xal əlavə olunmayıb

UEFA reytinqi: Azərbaycanın hesabına xal əlavə olunmayıb
Sakura

UEFA reytinqi: Azərbaycanın hesabına xal əlavə olunmayıb

Azərbaycanın hesabına UEFA reytinqində xal əlavə olunmayıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  buna səbəb “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniya klubu “Bayer”ə 1:5 hesabı ilə məğlub olmasıdır.

Nəticədə ölkənin cari mövsümdəki əmsalı 3,625-də qalıb. Son 5 mövsümdəki ümumi əmsal isə 17,875-ə bərabərdir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstandan cəmi 0,500 əmsal, yəni bir qələbə sayı geri qalır.

Baş tutan qarşılaşmalar Çexiya, Norveç, Polşa, Qazaxıstan və Farer adalarının irəliləməsinə, Serbiya, Xorvatiya, İrlandiya, Finlandiya və Lixtenşteynin geriləməsinə səbəb olub.

Reytinqə 93,178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (79,614) ikinci, İtaliya (75,855) isə üçüncü pillədə qərarlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR