Ukrayna ordusu hücum edir, Baxmut istiqamətində strateji üstünlüyü ələ keçirib
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində strateji üstünlüyü ələ keçirib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalyov məlumat verib.
Onun sözlərinə görə, Ukrayna müdafiəçiləri geniş cəbhə boyu hücum edir: "Ukrayna hərbçiləri Baxmut, Melitopol və Berdyansk istiqamətində hücum əməliyyatı keçirir. Donetsk və Zaporojye vilayətləri ilə sərhəddə yerləşən Rovnopol-Volodino istiqamətində ukraynalı hərbçilər qismən uğur əldə edib və hazırda orada möhkəmlənirlər".
Bundan başqa. Ukrayna müdafiəçiləri Rusiya hərbçilərinin Liman, Avdeyevsk və Marinsk isitqamətində hücumunun qarşısını alır. Baxmit yaxınlığındakı Kurdyumovsk bəndində Ukraynanın dövlət bayrağı qaldırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət