Slimfit
  1. DÜNYA

Ukraynaya yardım haqqında alternativ qanun layihəsinin Konqresə təqdim olunacağı tarix açıqlanıb

Ukraynaya yardım haqqında alternativ qanun layihəsinin Konqresə təqdim olunacağı tarix açıqlanıb
Sakura

Ukraynaya yardım haqqında alternativ qanun layihəsinin Konqresə təqdim olunacağı tarix açıqlanıb

ABŞ Konqresinin Nümayəndələr Palatası martın 22-dən sonra Ukraynaya yardımın maliyyələşdirilməsi ilə bağlı alternativ qanun layihəsi təqdim etməyi planlaşdırır.

“Report” CNN-in müxbiri Manu Racuya istinadən xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsinin rəhbəri Maykl Makkol bildirib.

Makkolun sözlərinə görə, qanun layihəsi martın 22-də Konqres hökumətin maliyyələşdirilməsi məsələsini həll etdikdən sonra təqdim olunacaq.

Eyni zamanda o, Nümayəndələr Palatasının spikeri Mayk Consonun belə bir təşəbbüsü dəstəkləyəcəyini irəli sürüb.

Xatırladaq ki, daha öncə CNN ABŞ-nin Ukraynaya 60 milyard dollar məbləğində yardımı ehtiva edən yeni qanun layihəsinin martın sonunda və ya apreldə hazırlana biləcəyinə dair məlumat yaymışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR