Slimfit
  1. AZƏRBAYCAN

Ümumdünya Gömrük Təşkilatının rəhbərliyinin iştirakı ilə videokonfrans keçirilib

Ümumdünya Gömrük Təşkilatının rəhbərliyinin iştirakı ilə videokonfrans keçirilib
Sakura

Ümumdünya Gömrük Təşkilatının rəhbərliyinin iştirakı ilə videokonfrans keçirilib

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriyanın sədrliyi ilə videokonfrans keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, konfransda ÜGT şurasının sədri Dikson Kateşumbva, ÜGT-nin Avropa regionu üzrə sədr müavini, DGK-nın sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, eləcə də Asiya və Sakit Okean regionu üzrə sədr müavini Pranab Kumar Das, Amerika və Karib regionu üzrə sədr müavini Ramirez Paniaqua, Şərqi və Cənubi Afrika regionu üzrə sədr müavini Filiso Valaşia, Yaxın Şərq və Şimali Afrika regionu üzrə sədr müavini Əhməd Əl Xəlifə, Qərbi və Mərkəzi Afrika regionu üzrə sədr müavini Toumani Sanqare iştirak ediblər.

Videokonfrans koronavirus pandemiyasının davam etdiyini nəzərə alaraq yaranmış mövcud şəraiti qiymətləndirmək, Ümumdünya Gömrük Təşkilatının işinin davam etdirməsinə imkan verəcək alternativ mexanizmləri öyrənmək məqsədilə keçirilib.

Konfransda əsasən ÜGT-nin gələcək tədbirlərinin təşkili ilə bağlı məsələlər müzakirə edilib, Siyasi Komissiyanın bu ilin iyun ayında keçiriləcək sessiyalarının dekabr ayınadək təxirə salındığı bildirilib. Həmçinin videokonfrans zamanı koronavirus pandemiyası səbəbindən təxirə salınan ÜGT-nin iclasları üçün təklif olunan mexanizmlər, bu iclaslarda müzakirə olunacaq mövzular barəsində fikir mübadiləsi aparılıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR