Slimfit
  1. MARAQLI

Uzun boylu qadınlar üçün xüsusi geyim üslubları

Uzun boylu qadınlar üçün xüsusi geyim üslubları
Sakura

Uzun boylu qadınlar üçün xüsusi geyim üslubları

Qısa boylu xanımlar üçün necə geyinməli sualı həmişə aktual olur. Uzun boylu xanımlar üçün də eyni durum keçərlidir. Bəs görəsən, boy baxımından problem yaşamayan qadınlar hansı üslübda geyinməlidir? Beləliklə, “Gencaile.az”saytı  Türkiyə mətbuatına istinadən uzun boy xanımlar üçün ideal sayılan geyim üslublarını təqdim edir: 

Dəri geyimlər:

Ucaboylu xanımlar, dəri parçadan olan geyimləri rahatlıqla istifadə edə bilərlər. 2020-ci ildə də dəbdə olacaq dəri parçadan olan geyimlər uzun boya sahib olan xanımlar üçün ideal tərzdir.

Uzun paltarlar:

Uzun paltarlar dolabınızda hər zaman yer almalıdır. Bədən quruluşunuza uyğun uzun geyimlər sizi olduqca zərif göstərəcək.

Böyük ölçülü gödəkcələr və kostyumlar

Qısa boya sahib olan xanımlar üçün böyük ölçülü geyimlər düzgün seçim olmasa da, uzun boylu xanımlar üçün doğru sayılır. Geniş jaketlər və ya geniş pencəklər cins şalvarla kombinə edilərsə, daha şıq və incə görüntü bəxş edir.

Mini ətəklər

Həm qısa həm də, uzun boy xanımlar üçün mini ətək mükəmməl seçimdir. Mini ətəyi sport və ya dikdaban ayaqqabılarla uyğunlaşdıraraq gözəl görüntü əldə edə bilərsiniz.

 

Mənbə: gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR