Slimfit
  1. DÜNYA

Venesuela

Venesuela
Sakura

Venesuela Bolivar Respublikası

Venesuela BolivarRespublikası (isl.República Bolivariana de Venezuela) — Cənubi Amerika qitəsinin şimalında yerləşir. Qərb və cənub-qərbdən Kolumbiya, cənub və cənub-şərqdən Braziliya, şərqdən Qvineya ilə həmsərhəddir. Şimal sahillərini Karib dənizi və Atlantik okeanı yuyur. Paytaxtı Karakasşəhəridir. Karib dənizindəki 70-ə yaxın ada Venesuelaya aiddir. Ən böyüyü keçmişdə mirvariləriylə məşhur olan Marqarita adasıdır. Materikdən 32 km aralı yerləşir. Ərazisi təxminən 916 min kvadrat km, əhalisi 28 milyon nəfərdir. Ən hündür zirvəsi Piko Bolivardır (5007 m). Təbii sərvətlərinə neft, qızıl, almaz daxildir. Ən böyük şəhərləri Marakaybo, Kumana, Valensiya, Barkisimeto, Maturin, Barselonadır. Əhalinin 91%-ni venesuelalılar, 3%-ni kolumbiyalılar, 2% italyanlar, ispanlar, hindular təşkil edir. Əhalinin 96%-i katoliklərdir. Rəsmi dili ispan dilidir. Bəzi yerlərdə Hindu dialektlərində danışılır. Pul vahidi Venesuela bolivarıdır. Ölkə subekvatorial iqlim qurşağında yerləşir. Orta illik temperatur +21-26 dərəcə arasında dəyişir. Orta illik yağıntının miqdarı şimal sahillərində 300 mm, dağlıq ərazilərdə 2000–3000 mm arası olur.

 

Görməli yerlər

Orinoko çayının deltası, Kanayma milli parkı, Anhel şəlaləsi, Kumana, Karakas, Valensiya, Los Rokvs şəhərləri və Marqarita adası Venesuelanın ən çox turist cəlb edən yerləridir. And dağlarından tökülən Orinoko çayı mövsümdən asılı olaraq müxtəlif rənglərə, naxışlara bürünür. Çayın deltasında minlərlə bitki növünə və yüzlərlə bataqlıq quşlarına rast gəlmək mümkündür. Əsrarəngiz gözəlliyə malik Kanama milli parkı planetin ən qədim hissəsi olan Quayanda yerləşir. Anhel şəlaləsi dünyanın ən hündür şəlaləsi sayılır. Şəlalənin hündürlüyü 1054 metrdir. Şəlalənin ətrafa səpələnən su damcılarında göy qurşağı rəngdən-rəngə çalır, çox hündürdən töküldüyündən qulaqbatırıcı səsi aləmə yayılır. Karib dənizinin sahilində yerləşən, gözəl çimərlikləri, mirvari qumluqları ilə məşhur olan Kumana kurort şəhəri turistlərə müxtəlif əyləncələr təklif edir. Bunlardan ən maraqlısı suyun altında xəzinə axtarışıdır. Paytaxt Karakas turistləri arxitektura rəngarəngliyi ilə heyrətə salır. Toxunulmaz təbiətə malik Valensiyanın bitki və heyvanat aləmi canlı ensiklopediyadır. Venesuelanın mirvarisi sayılan Marqarita adasındakı əlvan tutuquşular, flaminqolar göz oxşayır.

 

Mədəniyyət

Bayramlar

Yare və Dancing Devils və Maska

Venesuelanın ən məşhur bayramı Tövbə günü münasibətilə keçirilən karnavaldır. Bütün ölkədə təmtəraqlı tədbirlər keçirilir. Hər region bayramı özünəməxsus qeyd edir. Bir yerdə körpə İsanın yatdığı yalançı beşiyi oğurlayırlar ki, sonra onun qaytarılmasını qeyd etsinlər, birində təntənəli yürüşlər və maskaradlar keçirirlər, başqa bir yerdə çoxlu musiqili tamaşalar təşkil edirlər. Venesuelada katoliklər çox olduğundan milli bayramların əksəriyyəti xristianların qeyd etdikləri bayramlarla eynidir. Dini bayramlar ərəfəsində İsanın iztirablarını əks etdirən tamaşalar göstərilir, xaç yürüşləri təşkil edilir, "şeytanın rəqsi" adlı tədbir keçirilir. Milad günü ərəfəsində ("La-noçe-buena") geridə qalan ilin problemlərini təmsil edən iri kuklalar düzəldilir. Yeni il gecəsi yeni başlanğıcın başlanması kimi həmin kuklaları yandırırlar. Karakas hər il iyulun 21-dən 29-a kimi təməlinin qoyulduğu günü qeyd edir. Bu günlər ərzində teatr tamaşaları, heykəl və şəkil sərgiləri, konsertlər və küçə nümayişləri olur. Bundan başqa, ölkədə Müstəqillik günü (5 iyul), Əmək günü (1 may), Simon Bolivarın anadan olduğu gün (24 iyul), Kolumb günü (12 oktyabr) qeyd edilir.

 

Mətbəx

Venesuela mətbəxi Amerika qitəsinin xalqları, Avropadan gələnlərin adətləri və Afrika, Asiya mətbəxinin bəzi elementləri əsasında formalaşıb. Bir çox Latın Amerikası ölkələri kimi burada da mətbəxin əsasını ət, qarğıdalı, düyü, kartof, xüsusi bananlar və müxtəlif kombinasiyalarda istifadə olunan bir çox ərzaqlar və ədviyyatlar tutur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR