Slimfit
  1. CƏMİYYƏT

Xaçmazda daşla qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Xaçmazda daşla qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Sakura

Xaçmazda daşla qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan verilən xəbərə görə, sentyabrın 15-də Xaçmaz rayonu ərazisində 1967-ci il təvəllüdlü Qərib Rzayevin öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1996-cı il təvəllüdlü Yalçın Hüseynovun qeyd edilən tarixdə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisindən keçən hissəsində Qərib Rzayevin baş nahiyəsinə yerdən götürdüyü daşla zərbələr vuraraq xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Yalçın Hüseynova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR