Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Xəstə beyin əməliyyatı zamanı skripka çaldı

Xəstə beyin əməliyyatı zamanı skripka çaldı
Sakura

Xəstə beyin əməliyyatı zamanı skripka çaldı

Böyük Britaniyada həkimlər unikal əməliyyat həyata keçiriblər.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı məlumata görə, onlar beyin əməliyyatı etdikləri xəstədən skripka çalmasını istəyiblər.

Belə ki, 53 yaşlı virtuoz skripka ifaçısı Daqmar Turnerin beynində şiş olub.

 

Əməliyyat zamanı həkimlər qadından skripkada ifa etməsini istəyiblər.

Bunun üçün onlar Turneri anesteziya ilə oyaq halda əməliyyat ediblər.

Şiş sol əlin hərəkətini nizamlayan hissəyə çox yaxın olub. Turnerin ifa edən zaman beyninin hansı hissəsini istifadə etdiyini müəyyən edən həkimlər bu bölgələrə toxunmadan şişi təmizləyiblər.

Əməliyyatı həyata keçirən həkim skripkanın sənətçi üçün necə əhəmiyyətli olduğunu, onun yenidən ifasına davam edə bilməsi üçün həssas bölgəni qorumalı olduğunu deyib. Turner isə 10 yaşından bəri çaldığı skripkanı yenidən ifa edə biləcəyi üçün həkimlərə təşəkkür edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR