Ens.az
21 sentyabr 2019, şənbə
.
chevron_left chevron_right
İDMAN

Xorvatların Bakıda zəif çıxışının səbəbi — Virusa yoluxublar

Xorvatların Bakıda zəif çıxışının səbəbi — Virusa yoluxublar

47 Baxış
Xorvatların Bakıda zəif çıxışının səbəbi — Virusa yoluxublar

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla heç-heçə edən Xorvatiya yığmasının futbolçuları Bakıda ciddi problemlə üzləşiblər. “Qafqazinfo” xəbər verir ki, bu barədə komandanın həkimi Zoran Bahtiyareviç məlumat verib. 

O bildirib ki, oyundan əvvəl komandanın 8 futbolçusu virusa yoluxub. Zəif çıxışın taktika ilə heç bir əlaqəsi olmayıb: “8 oyunçumuzda virus var idi. Onlardan 7-si “11-lik”də yer alırdı. Bəzi oyunçuların temperaturu yüksək idi. Baş məşqçi Zlatko Daliç bu barədə heç danışmadı. Bu elə virusdur ki, bədənə yayılır və gücü azaldır. Hətta qarşılaşmadan öncə hakimə dedim ki, bizim oyunçular matçın gedişində tualetə gedə bilərlər”.

Həkim virusun nədən yarandığını aydınlaşdıra bilmədiklərini deyib: “Virusun Bakıdakı qidalarla heç bir əlaqəsi yoxdur. Yəqin ki, bir futbolçuda olub və digərlərinə yayılıb. Sadəcə problemi biləndə gec oldu”.


VİDEO QALEREYA
Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ