Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Yalçın Nəsirov Canhəsən oğlu

Yalçın Nəsirov Canhəsən oğlu
Sakura

DOĞUM TARİXİ: 23/01/1976 VƏFAT TARİXİ: 24/03/1995

23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində dünyaya göz açmışdır. 1982-ci  ildə birinci sinifə getmiş, 1992-ci ildə  onuncu sinifi bitirmişdir. Orta təhsilini başa vurduqdan sonra rayonlarında sürücü peşəsinə yiyələnmişdir. 1994-cü il aprelin 19-da Astara rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır. O, Daxili Qoşunların tərkibində Lökbatanda 2 ay hərbi təlim keçir, sonra xidmətini Tərtər və Şamaxı rayonlarında davam etdirir. Yalçın komandirlərin tapşırıqlarını vaxtında yerinə yetirirdi. Gənc əsgər böyük arzularla yaşayırdı. Lakin bu zaman 1995-ci ilin məlum mart hadisələri  başladı.  Silahlı  dəstə  dövlətçiliyimizə və müstəqilliyimizə zərbə endirmək məqsədilə dövlət çevrilişinə cəhd etdi. Silahı yerə qoymaq üçün bir neçə dəfə xəbərdarlıq edilsə də, bu, heç bir nəticə vermədi. Ordu güc göstərmək məcburiyyətində qaldı. Müstəqilliyimizin qorunub saxlanmasında Yalçın Nəsirov da Milli Ordunun əsgəri kimi öz vətənpərvərlik borcunu yerinə yetirirdi. O, martın 13-dən 17-nə kimi keçirilən bütün əməliyyatlarda iştirak etmiş, 17-dən 18-nə keçən gecə ağır yaralanmışdı. Çoxlu qan itirmişdi.  Onu  təcili olaraq Sabunçu rayon xəstəxanasına çatdırdılar. Lakin artıq gec idi... Həkimlər onu həyata qaytara bilmədi. Martın 24-də o, gözlərini əbədi olaraq yumdu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Sərək kəndində dəfn edilmişdir.

Sərək kənd orta məktəbi onun adını daşıyır.

Astara rayonundakı “Qəhrəmanlar bağı”nda büstü qoyulmuşdur.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR