Slimfit
  1. TEXNOLOGİYA

Yaponiyada zəlzələyə davamlı qatar buraxıldı

Yaponiyada  zəlzələyə davamlı qatar buraxıldı
Sakura

N 700 S Tokio və Osako şəhəri arasında işləyəcək.

Yaponiya  sürəti 365 km ə çatan növbəti sürət qatarını (N 700) istismara buraxıb. Lakin onun "işlək" sürəti bir qədər aşagıdır. Cəmi 285km/saat.

İstehsalçı şirkətin bildirdiyinə görə, qatar zəzələlər zamanı avtonom enerji təchizatı sayəsində yüksək dərəcədə davamlılıq keyfiyyətinə malikdir. Qatarda təcili vəziyyət yarandıqda sürətli dayandıra biləcək təkmilləşdirilmiş  tormozlama və idarəetmə sistemləri qurulub. N 700 S Tokio və Osako şəhəri arasında işləyəcək.

    N 700 S-in əsas yeniliklərindən biri qatarın elektrik enerjisinin kəsilməsi zamanı (məsələn, zəlzələ olduqda) qatarın yolun qəza hissəsini müstəqil keçməsinə və yüksək sürətlə təhlükəsiz yerə gəlməsinə imkan verən dünyanın ilk lityum-ion barter sisteminə malik olmasıdır. Unutmayaq ki dünya üzrə zəzələlərin 10%  -i Yaponiyada baş verir, baxmayaraq ki, onun ərazisi Yer kürəsi  səthinin cəmi 1 %-ini  təşkil edir. Yapon mühəndisləri və dəmir yol işçilərinin qürur duyduqları əsas məqam isə odur ki,  yarım əsrlik sürətli dəmir yolları  tarixində bir sərnişin belə xəsarət almayıb.

Mənbə: www.techcult.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR