Slimfit
  1. İDMAN

'Yuventus' Ronaldunu satış siyahısına saldı

'Yuventus' Ronaldunu satış siyahısına saldı
Sakura

'Yuventus' Ronaldunu satış siyahısına saldı

İtaliyanın "Yuventus" klubu ulduz futbolçusu Kriştianu Ronaldunu satılacaq futbolçuların siyahısına əlavə edib. 

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi koronavirusa görə yaranan iqtisadi problemləri bu yolla aradan qaldırmaq niyyətindədir. Ölkə çempionu 35 yaşlı Ronaldunu da satmağı planlaşdırır. 

Portuqaliyalı forvardın sabiq komandası İspaniya "Real Madrid"inə qayıdacağı iddia edilir. Ronaldunun 30 milyon avroluq maaşından xilas olmaq istəyən "Yuventus" onu 60 milyon avroya satmaq istəyir. 

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm “Yuventus” forması ilə 32 oyuna çıxıb. O, 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR