Slimfit
  1. CƏMİYYƏT

Zaur Mikayılov: 2022-ci ildə respublikamızın yerüstü su ehtiyatları 17 milyard kubmetr təşkil edib

Zaur Mikayılov: 2022-ci ildə respublikamızın yerüstü su ehtiyatları 17 milyard kubmetr təşkil edib
Sakura

Zaur Mikayılov: 2022-ci ildə respublikamızın yerüstü su ehtiyatları 17 milyard kubmetr təşkil edib

Azərbaycanın illik su təsərrüfatı balansının məlumatına əsasən, 2022-ci ildə respublikamızın yerüstü su ehtiyatları cəmi 17 milyard kubmetr təşkil edib. Yəni, bu, çoxillik rəqəmlərimizin 57 faizidir.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov fevralın 28-də Milli Məclisdə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə bildirib.

Agentliyin sədri qeyd edib ki, bunun 4,8 milyard kubmetri ölkə ərazisində formalaşıb, 12,2 milyardı isə qonşu ölkələrdən daxil olub. Bütün bu səbəblərdən ölkə ərazisində su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi, su itkilərinin qarşısının alınması sistemlərinin müasir səviyyədə yenidən qurulması, yeni su mənbələrinin yaradılması tələb olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR