Slimfit
  1. SİYASƏT

Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO

Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO
Sakura

Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO

“Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı jurnalistin London və İrəvanın Britaniyadan Ermənistana qeyri-qanuni miqrantların göndərilməsi ilə bağlı danışıqlar aparmasını Moskvanın necə qiymətləndirməsi ilə bağlı sualına cavabında deyib.

“Bizə elə gəlir ki, buna İrəvan özü şərh verməlidir. Biz Ermənistan XİN-in bəyanatını eşitmişik. O bildirmişdi ki, tərəflər arasında bununla bağlı əhəmiyyətli danışıq olmayıb. Əhəmiyyətli danışıq olmayıbsa, bəlkə, əhəmiyyətsiz danışıq olub?! Biz başa düşürük ki, Londonda miqrasiya mövzusu kəskinləşib. Onlar öz məqsədlərini yerinə yetirməkdən ötrü çoxlu pul xərcləməyə hazırdırlar. Amma Qərbdə hamı bir ağızdan qışqırır ki, biz o ölkənin təhlükəsizliyini qorumaq istəyirik. Yenə də deyirəm, bu mövzu ilə bağlı ilk növbədə Ermənistanın özü açıqlama verməlidir”, - deyə Zaxarova bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR