Slimfit
  1. DÜNYA

Zaxarova: “Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər”

Zaxarova: “Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər”
Sakura

Zaxarova: “Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər”

“Kiyevin Britaniya silahları ilə Rusiya ərazisinə zərbələr endirməsi ilə bağlı Londonun təhdidləri reallaşarsa, Rusiya Ukraynadakı və onun hüdudlarından kənardakı Britaniya obyektlərinə zərbələr endirmək hüququna malikdir”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Əgər belə bir ssenari reallaşarsa, o zaman Rusiya Federasiyası buna uyğun cavab vermək, yəni həm Ukrayna ərazisində, həm də onun hüdudlarından kənarda yerləşən Britaniya obyektlərini - hərbi obyektləri, silahları və s. hədəf almaq hüququnu özündə saxlayır”, - deyə o qeyd edib.

Zaxarova Britaniyanın xarici işlər naziri Devid Kemeronun Kiyev rejiminin Britaniya silahlarından Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etməsini Londonun qanuni hesab etdiyi ilə bağlı sözlərini xatırlayıb və bunu “tamamilə ağılsızlıq” adlandırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR