Slimfit
  1. SİYASƏT

Zaxarovanın Laçın açıqlamasında ikibaşlı ifadə…

Zaxarovanın Laçın açıqlamasında ikibaşlı ifadə…
Sakura

Zaxarovanın Laçın açıqlamasında ikibaşlı ifadə…

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ilk baxışdan qulağa xoş gələn açıqlama səsləndirib: “Laçın dəhlizindəki hazırkı vəziyyət Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsidir”. Birincisi, bu cümlədə Azərbaycanın maraqlarıyla hesablaşmayan iki ifadə var: “Laçın dəhlizi” (Laçın yolu) və “Dağlıq Qarabağ” (Qarabağ iqtisadi rayonu). İkincisi, Mariya Zaxarovanın açıqlamasını tərsinə oxusaq bu alınar: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Rusiya Laçın dəhlizinin bağlanmasına imkan verməzdi”.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

“Belə çıxır ki, Rusiyanın Azərbaycanın Qarabağın tamamını ram etməsi siyasətinə mane olmaması sırf Ermənistanın Baş nazir Nikol Paşinyanın məlum açıqlamasıyla bağlıdır. Yəni Ermənistanın başında Nikol Paşinyan deyil, Robert Köçəryan kimisi olsaydı, Rusiya bildiyini edəcəkdi. Bu məntiqlə iki ildən sonra Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsinə nail olsaq, Moskva bunun “günahını” da Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıyla əlaqələndirəcək. Moskva sadəcə Paşinyanı hədəf göstərir, ancaq Kremlin istəyinin əksinə olaraq Ermənistandakı çoxluq indiki baş naziri devirmək istəmir”, - o vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR