Slimfit
  1. MARAQLI

1 ağacda 40 meyvə növü

1 ağacda 40 meyvə növü
Sakura

Amerikalı professor “Qırx meyvə ağacı”nın yaradıcısıdır

Amerikalı professor “Qırx meyvə ağacı”nın yaradıcısıdır: o tumurcuq calağı (peyvənd) metodu ilə bir ağacı bütöv bağa çevirdi.

Sem Van Aken (Sam Van Aken) – Nyu-York Sirakuz İncəsənət Universitetinin müəllimi, rəssam və seleksiyaçı. Bir dəfə o adi ağacı təkmilləşdirmək qərarına gəlir və yazın əvvəlində onun tumurcuqlarına müxtəlif meyvələri calaq edir. İlk təcrübə alınır: tumurcuqlar yetişir və böyüyür. Hər il calaq olunmuş budaqlar artırdı və indi bu qeyri-adi ağacda qırxa yaxın çəyirdəkli meyvə növü var.

Onun üzərində ərik, şaftalı, gavalı, badam, nektarin, vişnə, albalı, müxtəlif sortlu alma və armud var. Hər növ müxtəlif vaxtlarda meyvə gətirir, nəticədə kiçik bağ çiçəklənir və bütün il boyu bar verir. Hər ay ağac müxtəlif rəngli çiçəklərlə örtülür: açıq, ağ rənglərdən tünd çəhrayı rəngə qədər.

İlk təcrübəni Sem 2008-ci ildə aparıb. O vaxtdan o 16 hibrid ağac yetişdirib. Onları Nyu-Yorkun müxtəlif şəhərlərind, muzeylərdə və bütün dünya üzrə böyük ticarət mərkəzlərində görmək olar.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR