Slimfit
  1. CƏMİYYƏT

190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək

190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək
Sakura

190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək

Koronavirus pandemiyası ilə əlaqədar dövlətin hazırladığı sosial yardım proqramlarında işsizlər də nəzərə alınıb. Yardım proqramları çərçivəsində qeydiyyatda olan 200 min işsiz şəxs iki ay 190 manat birdəfəlik yardım alacaq. Bəs həmin şəxslər yardımı almaq üçün hansı addımları atmalıdır? 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Yenisabah.az-a açıqlamasında bildirib ki, qeydiyyatda olan işsiz vətəndaşların harasa müraciət etməyinə ehtiyac yoxdur: “Həmin vəsaitlərin verilməsi ilə bağlı mexanizm hazırlanır. Biz bunun detalları barədə ictimaiyyətə açıqlama verəcəyik. Kimlər ki, işsiz kimi qeydiyyatdadır heç yerə müraciət etməklərinə ehtiyac yoxdur. Vəsaitlərin verilməsini gözləsinlər”.

Dövlət Məşğullu Xidmətində qeydiyyatda olmayan işsizlərə gəlincə, ƏƏSMN rəsmisi deyib: “Həmin vətəşdalar da bizim elektron sistem vasitəsilə qeydiyyatdan keçə bilərlər. Onlar e-sosial.az saytı vasitəsilə Məşğulluq AS sistemində qeydiyyatdan keçib işsiz statusu almalıdırlar. Bundan sonra onlar da yardım ala biləcəklər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR