1. TİBB VƏ SAĞLAMLIQ

Ağrıtmayacaq : tibbi şprisin təkamülü

Ağrıtmayacaq : tibbi şprisin təkamülü

Ağrıtmayacaq : tibbi şprisin təkamülü

Ens.az bildirir ki, hər il aprel ayının sonunda Ümumdünya İmmunlaşdırma Həftəsi qeyd olunur. Bu, peyvəndin vacibliyini xatırlatmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılır. Sağlamlığı qorumağın bu üsulu özünü çoxdan ən təsirli vasitələrdən biri kimi təsdiq edib. Bu gün peyvənd üçün əsas vasitə isə şprisdir. Bu yazıda adı çəkilən tibbi  ixtiranın necə yarandığı, tarixində nələr dəyişdiyi və niyə müasir inyeksiyaların ağrılı olmadığından danışacağıq.

Əvəzolunmaz alət

Tibb öz inkişafında yalnız daha təsirli olmağa deyil, həm də xəstələrə maksimum rahatlıq təmin etməyə çalışır. Axı müalicəyə etimad göstərmək müəyyən prosedurun verdiyi emosional stress dərəcəsindən çox asılıdır. O nə qədər ağrılı olsa, insanın müalicəni yarıda "saxlaması" və ya özünü həkimə göstərməkdən imtina riski o qədər yüksək olar.

Məhz buna görə farmakologiyada yeni müalicə sxemlərinin yaradılması dərman tədarük sistemlərinin təkmilləşdirilməsi ilə hər zaman yanaşı gedib. Nəticədə, bu gün bir çox ağrılı prosedurlar ya tamamilə keçmişdə qalıb, ya da yeni texnologiyalar sayəsində daha rahat hala gəlib.

Məsələn, bir neçə onilliklər əvvəl insanlar diş həkimlərindən çox qorxurdular. Müalicə qorxusu xəstələrin həkimə getmələrini mümkün qədər uzun müddət ertələməsinə və ağrılara dözməsinə səbəb olurdu. Bu gün tam əks mənzərədir. İnsanlar bilirlər: bircə iynə və heç bir şey hiss etməyəcək. Buna görə, diaqnoz və profilaktikaya kütləvi müraciət edərək, xəstəliyin ilk əlamətlərində dişlərini müalicə etdirirlər.

Vaksinasiya ilə də oxşar vəziyyətdir. "Peyvənddən qorxmuram: Lazım gələrsə, özüm vuracağam!" - məşhur şeirin qəhrəmanının özünü ruhlandırması təsadüfi deyildi. Çünki birdəfəlik şprislərin yaranmasından əvvəl bu prosedur elə də xoş deyildi.

Bu gün əvvəlcədən doldurulmuş şprislərdə qablaşdırılan çoxkomponentli (bir neçə infeksiyadan qorumaq üçün birdən çox növ antigeni ehtiva edir) və çoxvalentli (eyni infeksiyanın müxtəlif ştamlarından qoruyan) vaksinlərin istifadəsi səbəbi ilə peyvənd, demək olar ki, ani və ağrısız prosedura çevrilib. Eyni zamanda bunu daha az hallarda etmək lazım gəlir və yalnız bir iynə ilə qorunmağın mümkün olduğu infeksiyaların spektri daha da genişlənir.

İndiki dövrdə tibbin hər hansı bir sahəsini şprissiz təsəvvür etmək çətindir. Bəzi məlumatlara görə, hər il dünyada 16 milyarddan çox inyeksiya edilir, bunun üçün müvafiq sayda şpris lazımdır. Ancaq bu, heç də həmişə belə deyildi. İki yüz il əvvəl həkimlər bir dəfə də iynə vura bilmirdilər, çünki bəzən bu, xəstə insanın həyatı hesabına başa gəlirdi.

İlk prototiplər: mızraq və imalə

İnyeksiya üçün ilk həqiqi şprislər 19-cu əsrin ortalarında icad edilmişdir. Bundan əvvəl oxşar cihazlar çox idi. Hansının ilk olduğunu anlamağa çalışmaq, təkər ixtiraçısını axtarmaq kimidir. Görünür, həyatı xilas etmək üçün tibbi vasitənin ən qədim prototipi qətl silahı hesab edilməlidir: uzaq əcdadlarımızın istifadə etdiyi zəhər sürtülmüş mızraqlar.

Tam bir "inyeksiya"dır, yalnız hədəfləri sağalmaz olurdu. Yeri gəlmişkən, bu ekzotik tibbi şpris qorunub saxlanılmışdır və bu günə qədər fəal istifadə olunur. Doğrudur, hazırda inyeksiya mızraqları yalnız baytarlıq təbabətində istifadə olunur - onların köməyi ilə xəstə heyvanlara anesteziya və dərmanlar vurulur.

Məzraq atan müasir inyektor

İnyeksiya üçün şprisə bənzər vasitə haqqında ilk qeydlər (daha çox müasir imaləyə oxşayan) qədim Yunanıstanın görkəmli həkimi Hippokratın adı ilə bağlıdır. O, sonluğuna donuzun sidik kisəsi keçirilmiş içiboş borudan istifadə etmişdi. Porşen şprislərini xatırladan ən sadə konstruksiyaları, romalı həkim Qalen krem və məlhəm çəkilməsi üçün tətbiq edirdi.

Orta əsr Avropasında qanalma çox xəstəliklərin müalicəsinin əsas metodu oldu. Və o dövrün həkimləri şprislərə xüsusi ehtiyac hiss etmirdilər: onlar ülgüc və xüsusi bıçaqlarla lazımlı damara düşə bilirdilər. Ancaq Hippokratın təcrübəsi unudulmadı və bəzi loğmanlar həmin alətdən istifadə edirdilər. Ancaq dərin antisanitariya və anatomiya biliklərinin yoxluğu şəraitində inyeksiya metodlarının inkişafından söhbət gedə bilməzdi.

Edvard Cenner tərəfindən 1796-cı ildə edilən ilk peyvənd müasir peyvənd otaqlarında gördüyümüzdən tamamilə fərqli idi. İngilis həkimi sadəcə inək çiçəyinə yoluxmuş qadının yaralarının irinini pasiyentin bədənindəki sıyrıntıya sürtdü. Uzun müddət onun davamçıları da belə etdilər.

"Edvard Cenner çiçək xəstəliyinə qarşı peyvənd edir"

Yeri gəlmişkən, vaksinlərin dəri üzərinə skarifikator edilməsi metodu indi də var, ondan taun və brusellyozdan peyvənd edilməsi üçün istifadə olunur.

Daha sonra bizə tanış şprislər hədiyyə edən mühüm kəşflər silsiləsi edildi. 1628-ci ildə ingilis anatomu və fiziki Uilyam Harvey, qan dövranı sisteminin necə işlədiyini anladı. 1650-ci illərdə fransız fiziki Blez Paskal, müəyyən etdi ki, maye təzyiqinin köməyi ilə "gücü artırmaq" və "istənilən ağırlığı qaldırmaq" olar. O, hidravlik pres və Paskal inyektoru - faktiki olaraq porşenlə çalışan ilk şprisin mexanizmini kəşf etdi.

1656-cı ildə ingilis Kristofer Ren təcrübələr apardı, bu müddət ərzində itlərin venalarına şərab, tiryək və süd daxil etdi. İnyeksiyalar primitiv idi: Ren lazımlı damarda kəsik açaraq ona iynə yerinə quş lələyi qoyur və vaxtilə Hippokrat etdiyi kimi sidik kisələrinin köməyi ilə məhlulları daxil edirdi. Maraqlıdır ki, Ren tibbdən uzaq adam idi - onun əsas fəaliyyət sferası astronomiya, fizika və memarlıq idi.

Sonralar bu təcrübələri insanlar üzərində təkrarlamağa çalışdılar. Antiseptiklərlə eyni problemlər və ilk "dərmanların" çox şübhəli tərkibi nəzərə alınmaqla nəticə gözlənilən idi. Daha təxminən 200 il, həyat üçün risksiz iynələrin köməyi ilə orqanizmə preparatları daxil etmək ideyası gerçəkləşməz görünürdü.

İnyeksiya porşeni

Bizim üçün adi olan şprisin ixtirasına görə birincilik iki həkimə aiddir: Şotland Aleksandr Vud və fransız Şarl-Qabriel Pravas-a. Onlar bir-birlərindən asılı olmadan inyeksiyalar üçün  oxşar qurğular yaratdılar. Bu, 19-cu əsrin ortalarında baş verdi.

Aleksandr Vud,  Paskalın aparatına bənzər porşen şprisini təklif etdi. Cihazını morfinin dərialtı inyeksiyası üçün istifadə etdi və bu şəkildə lokal anesteziya keçirməyə çalışdı. Vud, iynə ilə üçlü əsəb nevralgiyasını kifayət qədər uğurla müalicə edirdi. O, morfini tətbiq etmək üçün təhlükəsiz bir yol tapdığını iddia edirdi: guya preparat yalnız ağız vasitəsilə qəbul edilərkən asılılıq yaradır, inyeksiya formasında isə təhlükəsizdir. Lakin tezliklə bəzi xəstələr də asılı vəziyyətə düşdülər. Bu səhvə baxmayaraq, təcrübi nəticələr gözləntiləri üstələdi: Vudun üsulu ilə daxil olunan morfi, ağız yolu ilə olandan daha effektli ağrısızlaşdırırdı.

XIX əsrin tibbi şprisləri

İlk şprislər dərialtı inyeksiyalar üçün nəzərdə tutulurdu. Daha sonra Vud və Pravas onları inkişaf etdirdilər və əzələdaxili, damardaxili inyeksiya mümkün oldu. O vaxtdan bəri inyeksiyalar üçün texnika və avadanlıqlar yalnız əhəmiyyətsiz dərəcədə dəyişirdi. 20-ci əsrin ortalarına qədər şpris texnologiyası mükəmməlləşdirildi, lakin yenə də əvvəlki kimi şüşə və metal konstruksiyaya malik idi. Onları qaynatmaq və başqa üsullarla sterilləşdirmək və dəfələrlə istifadə etmək mümkün idi.

İlk birdəfəlik şüşə şprislər kütləvi şəkildə 1954-cü ildə "Becton, Dickinson and Company" şirkəti tərəfindən istehsal edilməyə başlandı. Və 1956-cı ildə Yeni Zelandiyadan olan əczaçı Kolin Murdok birdəfəlik plastik şpris icad etdi. Birdəfəlik istifadə olunan şpris əsl sıçrayış oldu - qanla ötürülən infeksiyaların yoluxma riski məsələsini həll etməyə kömək etdi.

Ağcaqanad sancması kimi

İlk porşen şprisləri üçün iynələr tədricən təkmilləşirdi, ancaq indikilərlə müqayisədə daha qalın və küt idi və hər yeni sterilləşdirilmə zamanı, daha da kütləşirdi. Onların köməyilə vurulan iynələr ağrılı idi. Çoxdəfəli şüşə şprislər kilidlənə bilirdi. Dəri və asbestdən hazırlanmış ilk porşen sıxlaşdırıcıları tez köhnəlirdi və bu da inyeksiya ağrısına təsir edirdi.

Əvvəlki inyeksiyalarla müqayisədə müasir peyvənd- ağcaqanad dişləməsi kimi bir şeydir. Birdəfəlik şprislərdə iynələr nazik və içi boşdur, dəriyə asanlıqla daxil olur. Bugünkü müxtəlif vəzifələr üçün geniş şpris modelləri, şübhəsiz ki, Vud və Pravası yəqin təəccübləndirərdi. Çünki hazırda bir neçə növ mövcuddur. Bu diabetli insanların həyatını çox asanlaşdıran, qısa və nazik iynə olan miniatür insulin şprisidir.

İnsulin şprisi

Onda millilitrlərlə bölmələrin yerinə, insulin vahdləri tətbiq olunur. Bu gün diabet xəstələri daha müasir bir həll yolu - insulin qələmindən istifadə edirlər. Başqa bir tapıntı, insulin şprisinə bənzər bir tüberkülin şprisidir, lakin dəqiq bir dozada həmişə 1 ml həcmdə 0,01 ml üzrə bölünür. Belə şprislərlə Mantu sınağı edilir.

Tuberkulin şprisi

Ancaq Jane şprisi böyükdür - həcmi 100-200 ml. Bu şprislər tez-tez bədən boşluqlarını yumaq, dərmanlar içmək və özləri tərəfindən zond vasitəsilə, yeyə bilməyən xəstələri qidalandırmaq üçün istifadə olunur. Yerli anesteziya üçün çoxdəfli kartricli şprislərə, bir qayda olaraq, stomatoloji kabinetlərdə rast gəlmək olar. Onlarda həkimin rahatlığı üçün barmaqlarını taxdığı xüsusi "üzüklər" var. Belə şprisə birdəfəlik kartriclər yüklənir.

Jane şprisi

Təhlükəsiz, özünü məhv edən şprislər də var. Bəzən onlara üçüncü nəsil şprisləri deyilir - çoxdəfəli olunan şüşə və birdəfəlik plastiklərdən sonra. Bu şpris sökülmür, inyeksiyadan dərhal sonra iynəni korpusun içinə çəkən mexanizm işə düşür. Belə şpris iki dəfə istifadə edilə bilməz.

Kartricli şpris

Özünü məhv eden şpris

Əvvəlcədən doldurulmuş şpris

Əvvəlcədən doldurulmuş şprislərin ilk prototipləri İkinci Dünya Müharibəsi dövründə, döyüş bölgəsində yaralıya tez bir zamanda dərman vurmaq ehtiyacından yarandı. Bu məqsədlə , xüsusi olaraq Sirette - iynə ilə metal hermetik borucuqlar yaradıldı. Yalnız bədənə iynəni sancmaq və içindəkini sıxmaq lazım idi. Həmçinin iynələri olan şüşə kartriclər istehsal edilirdi, onlar paslanmayan poladdan tutacaqlara yerləşdirilirdi.

Qablaşdırmadan əvvəl içində peyvənd olan şprislər

Sonra daha qabaqcıl modellər ortaya çıxdı, lakin 1980-ci illərə qədər əvvəlcədən doldurulmuş şprislər spesifik məmulat sayılırdı və geniş tətbiq olunmurdu. Vaxt keçdikcə həkimlər onların üstünlüklərini daha çox anladılar və bu gün bu cür vasitələr tibbin müxtəlif sahələrində istifadə olunur. Məsələn, peyvənd üçün çox rahatdır.

Əvvəlcədən doldurulmuş şpris, adından göründüyü kimi, dərman və ya peyvənd ilə lazımi dozada yüklənir və hava keçirməyən bir qablaşdırmada möhürlənir. Belə qurğuların konstruksiyaları fərqlidir və onlardan yalnız bir dəfə istifadə edə bilərsiniz. Bu ixtiranın bir sıra danılmaz üstünlükləri var.

Qablaşdırmadan əvvəl peyvənd yığılmış şprislər

Birincisi, əvvəlcədən doldurulmuş şpris tibb işçisinin vaxtına əhəmiyyətli dərəcədə qənaət edir: şprisi yığmaq, şüşə ampulanı açmaq, dərmanı həll etmək və onu doldurmaq lazım deyil. İkincisi, belə bir dərman çatdırılma sistemi 100% dəqiqliyi təmin edir, çünki vaksinin lazımi dozası əvvəldən şprisdə olur.

Qablaşdırmadan əvvəl peyvənd yığılmış şprislər

Artıq bir neçə ildir ki, Rusiyada Milli profilaktik peyvənd təqvimi üçün dərmanların əsas tədarükçüsü olan Nasimbio holdinqi uşaqlar üçün bütün qrip peyvəndlərini yalnız əvvəlcədən doldurulmuş şprislərlə təmin edir. Şpris dozalarının aydın rahatlığına baxmayaraq, çox dozalı flakonlar bir çox ölkədə istifadə edilməyə davam edir - onlar daha ucuzdur və daha az saxlama yeri tələb edirlər.

Peyvənd doldurulmuş şprislər

“Hansı ilkin sistemin həyata keçirilməsindən asılı olmayaraq, bu gün peyvəndin tətbiqi ilə əlaqədar stresli vəziyyət ötən əsrlə müqayisə edilə bilməz. Qrip kimi müəyyən infeksiyalar üçün peyvənd yoldaca, işə və ya ticarət mərkəzinə gedərkən də edilə bilər. Bu, praktik olaraq ağrısız və tamamilə qorxunc olmayan bir prosedurdur və ona görə də çoxları üçün adi  haldır.

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.