Slimfit
  1. MEDİA

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşları tərəfindən iqlim dəyişikliklərinin bitkilərə təsiri ilə bağlı maraqlı tədqiqatlar aparılıb

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşları tərəfindən iqlim dəyişikliklərinin bitkilərə təsiri ilə bağlı maraqlı tədqiqatlar aparılıb
Sakura

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşları tərəfindən iqlim dəyişikliklərinin bitkilərə təsiri ilə bağlı maraqlı tədqiqatlar aparılıb

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşları tərəfindən Lerik rayonu ərazisində dəniz səviyyəsindən 1520 m yüksəklikdə yayılmış Azərbaycanın nadir və qiymətli bitkilərindən olan giləmeyvəli qaraçöhrə populyasiyası tədqiq edilmişdir. Tədqiqatların əsas məqsədi Qafqazda meşəbitmə şəraiti ilə fərqlənən Lerik qaraçöhrəliyinə iqlim amillərinin təsirinin öyrənilməsindən ibarət olmuşdur. 

Amerikanın Minnesota universitetinin alimləri ilə birgə aparılan oduncaq-halqa nümunələrinin analizi nəticəsində son illərdə ərazidə baş verən temperatur dəyişkənliyinin ilin müxtəlif dövrlərində bitkinin artımına təsiri araşdırılmışdır. Aparılan tədqiqatlar yüksək elmi maraq doğurduğundan alınmış nəticələr dünyada dendroxronologiya elmi sahəsində ən nüfuzlu hesab olunan “Tree-ring research” jurnalında nəşrə qəbul edilmişdir.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR