Slimfit
  1. MEDİA

AMEA-nın 75 illik yubileyi ərəfəsində təsisçilərə aid informasiya mənbələri MEK fondlarında

AMEA-nın 75 illik yubileyi ərəfəsində təsisçilərə aid informasiya  mənbələri MEK fondlarında
Sakura

AMEA-nın 75 illik yubileyi ərəfəsində təsisçilərə aid informasiya mənbələri MEK fondlarında

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunmasının 75 ili tamam olur.

2014-cü ildə AMEA Mərkəzi Elmi Kitabxanasında akademiyanın 15 təsisçisinin xatirəsinə həsr olunmuş qalereyada Əməkdar İncəsənət Xadimi, akademik Ömər Eldarovun rəhbərliyi ilə gənc heykəltaraşlar tərəfindən yaradılmış büstlər MEK tərəfindən 5 dildə tanıtım lövhələri və  3 dildə viki-QR-kodlar ilə təmin edilib. 

MEK fondlarında AMEA-nın təsisçilərinə aid sənədlər mühafizə olunur. Sənədlər sırasında kitablar, biblioqrafik göstəricilər, məqalələr və başqa formatda MEK-in elektron kataloqunda və rəqəmsal bazasında yer almış informasiya mənbələri var.

Qeyd edək ki, 1923-cü ildə yaradılan Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyəti 1929-cu ildə yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılıb. 1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib. 1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrilib. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya, Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat elmi-tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradılıb.

Keçmiş SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan Elmlər Akademiyasına (EA) çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətinə Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə.Əlizadə, M.Topçubaşov, M.Useynov, H.Hüseynov və İ.İ.Şirokoqorov daxil olub.

1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçilib. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983-1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013), Akif Əlizadə (2013–2019) akademiyanın prezidenti olmuşlar.

2019-cu ildən AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevdir.

Ulu Öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli fərmanı ilə Azərbaycan EA-ya “Milli Elmlər Akademiyası” statusu verilib və bu tarixi fərman Azərbaycamda fundamental elmin əldə etdiyi  nailiyyətləri, ölkənin sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren dövlətimizin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR