Slimfit
  1. MEDİA

AMEA və “Turkish Aerospace” şirkəti əməkdaşlıq edəcək

AMEA və “Turkish Aerospace” şirkəti əməkdaşlıq edəcək
Sakura

AMEA və “Turkish Aerospace” şirkəti əməkdaşlıq edəcək

Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb. Məqsəd AMEA nəzdində akademik proqramlar vasitəsilə müdafiə və aviasiya sahəsində davamlı əməkdaşlığın qurulması, təcrübə mübadiləsi əsasında tədqiqat və inkişaf üzrə fəaliyyətin sürətləndirilməsidir.

Bundan əlavə əməkdaşlıq elmi-tədqiqat və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi, layihə və inkişaf proqramlarının reallaşdırılması, qarşılıqlı məsləhət və xidmətlərin təşkili, eləcə də birgə elmi-praktik görüşlərin keçirilməsinə xidmət edəcək.

Sənədi AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və “Turkish Aerospace” şirkətinin insan resursları üzrə vitse-prezidenti Mustafa Akkurt imzalayıblar.

 

 

AMEA Rəyasət  Heyətinin aparatı

İctimaiyyətlə əlaqələr və

elmin populyarlaşdırılması idarəsi

İctimaiyyətlə əlaqələr şöbəsi

 

                                                                                                                       Əlaqə:

(012) 497 53 81

pr@science.az

pr.amea.rh@gmail.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR