Slimfit
  1. ELM

Amerikalı bioloqlar qripə qarşı “universal” nanovaksin yaradıblar

Amerikalı bioloqlar qripə qarşı “universal” nanovaksin yaradıblar
Sakura

Amerikalı bioloqlar qripə qarşı “universal” nanovaksin yaradıblar

ABŞ-ın molekulyar biologiya mütəxəssisləri qripin nadir və geniş yayılmış ştamlarından qoruyan nanovaksin yaradıb və onun təsirini siçanlar üzərində yoxlayıblar.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, alimlərin tədqiqatı barədə məlumat PNAS jurnalında yer alıb.

“Bizim yeni vaksin həm infeksiyaya hüceyrə reaksiyasını təmin edən T-hüceyrələrinə, həm də antitel hasil edən B-hüceyrələrinə təsir göstərir. Bundan başqa, onun işinin səmərəliliyi üzərində mikroiynələr dəsti olan məlhəm hesabına daha da yaxşılaşdırılıb. Bütün bunlar qripə qarşı ucuz universal vaksinin yaradılmasına yol açır”, - deyə Corciya ştatı universitetindən (Atlanta şəhəri, ABŞ) Bao-Çjun Van deyib.

Bu ilin əvvəlində Van və onun həmkarları insanları və heyvanları A qripinin, demək olar, bütün ştamlarından qoruyan universal nanovaksinin ilk prototipini yaradıblar. Qeyd edək ki, bəşər tarixində bu xəstəliyin ən ciddi epidemiyaları A virusu ilə bağlıdır.

Bu prototipin uğurlu sınağı alimləri belə bir fikir üzərində düşünməyə sövq edib: bunu qripin bütün növlərinə qarşı mübarizə aparmağa yönəltmək və onun təsirini gücləndirmək mümkündürmü? Bu ideyanı rəhbər tutan alimlər nanohissəciklərin strukturunda dəyişiklik edərək yağ komponentlərini virusun digər zülal komponentlərinə dəyişiblər.

Siçanlar üstündə aparılan təcrübə göstərib ki, vaksinin yeni versiyası gəmiriciləri virusların həm epidemik versiyasına, həm də daha nadir növlərinə aid qrip ştamlarının ölümcül dozalarından qoruyub.

Növbəti eksperimentlər və bu nanohissəciklərə virusun digər elelmentlərinin əlavə edilməsi, Vanın sözlərinə görə, insanı təkcə nadir və A növ viruslardan deyil, qripin bütün növlərindən qorumaq iqtidarında olan təsirli universal vaksin yaratmağa imkan verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR