Ens.az
21 avqust 2019, çərşənbə
.
chevron_left chevron_right
TEXNOLOGİYA

«Apple» akkumulyatoru xidmət mərkəzlərində dəyişdirilməyən telefonları bloklayacaq

«Apple» akkumulyatoru xidmət mərkəzlərində dəyişdirilməyən telefonları bloklayacaq

14 Baxış
«Apple» akkumulyatoru xidmət mərkəzlərində dəyişdirilməyən telefonları bloklayacaq

“Apple” şirkəti akkumulyatoru “Apple”ın sertifikatlaşdırılmış xidmət mərkəzlərində dəyişdirilməmiş yeni “iPhone” aparatlarında proqram bloklaması tətbiq edib. İstifadəçi batareyanı özü dəyişdirdiyi və ya kənar mütəxəssislərə müraciət etdiyi halda, onun qurğusunun displeyində silinməsi heç bir halda mümkün olmayan servis mesajı görsənir.
ICTinfo.az” “hitech.vesti.ru” resursuna istinadən bildirir ki, “Apple”-ın akkumulyatorunun əsilliyini müəyyənləşdirmək mümkün olmadı” xəbərdarlığı yalnız yeni modellərdə (“iPhone Xr”, “Xs” və “Xs Max”) görsənir. Bu halda batareyanın vəziyyətini və tutumunu öyrənmək qeyri-mümkündür.
Ekspertlərin fikrincə, bloklama əməliyyatı daxili çip vasitəsilə həyata keçirilir, sözügedən çip, həmçinin temperatur haqqında məlumatı ötürür. Akkumulyatoru yenidən işlək etməyin yeganə üsulu qurğunu “Apple”ın sertifikatlaşdırılmış servis mərkəzinə aparmaqdır.


adscode
VİDEO QALEREYA
İspaniyanın Barselona şəhərində keçirilmiş Dünya Alimlər Kuboku olimpiadasında finala vəsiqə qazanan yeganə azərbaycanlı, 11 yaşlı Nərgiz Quliyeva 60-dan çox ölkədən 2100 şagirdin qatıldığı müsabiqədə “Yale” universitetindəki finala vəsiqə qazanıb.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X