Slimfit
  1. MƏDƏNİYYƏT

Astanada Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək

Astanada Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək
Sakura

Astanada Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək

Oktyabrın 23-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək. 

Azərbaycanın Qazaxıstandakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, TÜRKSOY-un təşkilatçılığı və və Azərbaycanın Qazaxıstandakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbir konsert proqramı ilə davam etdiriləcək.

Astana Akimliyi yanında Dövlət Akademik Filarmoniyasının ifa etdiyi konsertin bədii rəhbəri Berik Batırxandır. Filarmoniya orkestrinin dirijorları Mustafa Mehmandarov və Murtuza Bülbüldür.

Proqramda Qara Qarayevin “Leyli və Məcnun” Simfonik poeması, “Yeddi gözəl”  baletindən vals və suitalar tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, prezident İlham Əliyevin 17 oktyabr 2017-ci il sərəncamı ilə Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olunur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR