Slimfit
  1. AVTO VƏ MOTO

Avtoipilot sistemi yol işarələrini yarım kilometrdən ayırd edə bilir

Avtoipilot sistemi yol işarələrini yarım kilometrdən ayırd edə bilir
Sakura

Avtoipilot sistemi yol işarələrini yarım kilometrdən ayırd edə bilir

Waymo növbəti nəsil avtopilot sistemini təqdim edir.

Amerikanın pilotsuz rejim istehsalçısı Waymo şirkəti yeni beşinci nəsil avtopilot sistemini təqdim edib. Bu sistem artıq yol nişanlarını yarım kilometr məsafədə necə fərqləndirməyi bilir.

Yeni sistemin qurulması üçün platforma kimi Jaguar I-Pace elektrik krossoveri seçilib. Onu öz dizaynının beş yeni lidarı ilə təchiz ediblər: birincisi, maşının damında quraşdırılmış, 300 metrədək məsafədə xəritə qura bilir və avtomobilin perimetri boyunca başqa dörd qurğu isə yaxın məsafələrdə daha ətraflı təsvir üçün cavabdehdir.

Bundan başqa, krossoverə beş yeni radar quraşdırılıb ki, onlar lidarlar kimi yerləşdiriliblər - biri damda, daha dördü isə perimetr ətrafında. Bundan əlavə, sistem məsafədəki obyektlərin tanınmasına cavabdeh olan 29 ayrı kamera ilə təchiz edilmişdir.

Avtomobilin yollarda sınaqları zamanı Waymo avtopilot sistemi 500 metr məsafədə “Dayanmaq qadağandır” işarəsini tanıya bildi. Bu, hazırda anoloji sistemlər arasında rekorddur.

Bununla yanaşı, sistemin tərtibatçıları sensorların sayının artmasına və məhsuldarlığının çoxalmasına baxmayaraq, beşinci nəsil Waymo Driver dəstinin qiymətinin əvvəlki versiyaya nisbətən iki dəfə ucuz olduğunu qeyd ediblər.

Mənbə: motor.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR