Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan ilk dəfə stasionar dəniz platforma kranının istehsalına başlayıb

Azərbaycan ilk dəfə stasionar dəniz platforma kranının istehsalına başlayıb
Sakura

Azərbaycan ilk dəfə stasionar dəniz platforma kranının istehsalına başlayıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, Dövlət Neft Şirkəti (SOCAR) və "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin birgə müəssisəsi - "SOCAR-STP" MMC ölkədə ilk dəfə stasionar dəniz platforma kranının istehsalına başlayıb.

"Report" xəbər verir ki, bu gün bır sıra dövlət qurumlarının, şirkət əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə məhsulun təqdimatı keçirilib.

Mərasimdə kranın iş prosesi qonaqlara nümayiş etdirilərək layihə barədə ətraflı məlmat verilib. Bildirilib ki, “80-30 (35T)” markalı barbet üzərində stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında hazırlanıb və onun platformalarında istifadə ediləcək.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR