Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan vətəndaşlığını qəbul edən şəxslər hərbi xidmətə çağırılır?

Azərbaycan vətəndaşlığını qəbul edən şəxslər hərbi xidmətə çağırılır?
Sakura

Azərbaycan vətəndaşlığını qəbul edən şəxslər hərbi xidmətə çağırılır?

Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmiş şəxslər və xarici ölkə vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş şəxslər həqiqi hərbi xidmətə cəlb olunması hansı formada tənzimlənir?

"Report" xəbər verir ki, bu barədə İTV-nin "Radius" hərbi proqramında qonaq olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının şöbə rəisləri, polkovnik-leytenant Nizami Heybətov və mayor Füzuli İsmayılov məlumat veriblər.

Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər Azərbaycan Respublikasında təkrar həqiqi hərbi xidmətə cəlb olunmurlar: "Azərbaycan Respublikasının vətəndaşı olaraq xarici dövlət və ya dövlətlərin vətəndaşlığını əldə etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər hansı ölkədə hərbi xidmət keçməyindən asılı olmayaraq Azərbaycan Respublikasında da ümumi əsaslarla həqiqi hərbi xidmətə cəlb olunurlar". 

Qeyd edək ki, verilişdə oktyabr çağırışından, gənclərin çağırışaqədərki hazırlığından da geniş danışılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR