Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda 4 nadir bitki növü tapıldı

Azərbaycanda 4 nadir bitki növü tapıldı
Sakura

Azərbaycanda 4 nadir bitki növü tapıldı

AMEA Botanika İnstitutu Şəkidə apardığı fenoloji müşahidələr zamanı 4 nadir bitki növü müəyyən edib.

Bu barədə "Yeni Sabah"a institutdan məlumat verilib.

Bildirilib ki, Botanika İnstitutu ilə AMEA Şəki Regional Elmi Mərkəzi arasında elmi əməkdaşlıq çərçivəsində müştərək çöl tədqiqatları həyata keçirilib. Məqsəd regionun bitki biomüxtəlifliyinin öyrənilməsi və davamlı istifadəsinin təmin edilməsi, o cümlədən əldə olunmuş nəticələrdən birgə istifadə etməklə bitki ehtiyatlarının qiymətləndirilməsi olub.

Şəki rayonunun Baş Şabalıd kəndi və Marxal ərazisində keçirilən ilkin monitorinq nəticəsində meşə massivlərində payız florasının siyahısı tərtib olunub və fenoloji müşahidələr aparılıb. Bu sahələrdə 4 nadir bitki növü (Castanea sativa Mill.,Coryluscolurna L., Pyracantha coccinea M. Roem.,Crocus speciosus Bieb.) müəyyən olunub, onların populyasiyalarının demoqrafik strukturu və vəziyyəti öyrənilib.

Həmçinin meşə massivlərində bəzi invaziv növlərin (Ailanthus altissima (Mill.) Swingle, Robinia pseudoacacia L. və Conyza canadensiscanadensis (L.) Cronquist) meşəyə daxil olması qeydə alınıb.

Nadir bitkilərin populyasiyalarına aid alınan məlumatlar Azərbaycanın "Qırmızı kitabı"nın yeni nəşrində istifadə oluna bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR