Slimfit
  1. ELM

Azərbaycanda elmlə məşğul olanların sayı açıqlanıb

Azərbaycanda elmlə məşğul olanların sayı açıqlanıb
Sakura

Azərbaycanda elmlə məşğul olanların sayı açıqlanıb

Azərbaycanda elmlə məşğul olanların sayı açıqlanıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərmiş və onlarda 53,7 faizi qadın olmaqla 2723 nəfər təhsil almışdır. Təhsil alanların 79,6 faizi fəlsəfə, 20,4 faizi isə elmlər doktoru proqramları üzrə təhsil almışlar.
 
Təhsil alanların 36,0 faizi elmi müəssisə və təşkilatlarda, 64,0 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil almışdır. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 33,0 və 67,0 faiz, elmlər doktoru proqramı üzrə isə 47,6 və 52,4 faiz təşkil etmişdir.
 
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 49,2 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 37,5 faizi 40 yaşadək olan şəxslərdir.
 
Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2168 nəfərin 301-i filologiya, 284-ü iqtisad, 257-si texnika, 144-ü kimya, hər biri üzrə 133 nəfər olmaqla aqrar və tarix, 115-i tibb, 103-ü siyasi, 102-si pedaqogika, 98-i biologiya, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.
 
Doktorantlardan 98 nəfər filologiya, 85 nəfər aqrar, 63 nəfər texnika, 54 nəfər kimya, 43 nəfər iqtisad, 38 nəfər biologiya, 23 nəfər tarix, hər birində 20 nəfər olmaqla pedaqogika və hüquq, 19 nəfər fizika, hər birində 18 nəfər olmaqla tibb, sənətşünaslıq və yer elmləri, 38 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.
 
2016-cı illə müqayisədə 2017-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 0,3 faiz azalaraq 529 nəfər, elmlər doktoru proqramı üzrə isə 12,7 faiz azalaraq 69 nəfər təşkil etmişdir. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 8,3 faiz, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 27,7 faiz artmış və müvafiq olaraq 455 və 129 nəfər təşkil etmişdir.
 
Bununla yanaşı, 2017-ci ildə fəlsəfə doktoru proqramı üzrə 801 dissertant təhkim olunmuşdur ki, onların da 56,3 faizini qadınlar təşkil etmişdir. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı isə 159 nəfəri qadın olmaqla 323 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, iqtisad, filologiya, tarix, texnika və yer elmləri sahəsində təhkim olunmuşdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR