Slimfit
  1. ARAŞDIRMA

Bədii ədəbiyyat oxumaq beynimizi dəyişirmiş

Bədii ədəbiyyat oxumaq beynimizi dəyişirmiş
Sakura

Bədii ədəbiyyat oxumaq beynimizi dəyişirmiş

Bir çox elmi araşdırmalarda meditasiyanın və ya musiqinin beynə uzun perspektiv üçün təsiri öyrənilib. Amma oxu haqda az şey məlumdur. Qəribədir ki, oxu böyük araşdırmaların predmeti olmayıb.

Bizimyol.info xəbər verir ki, fransız jurnalist Frederik Bernarın portalında məhz bununla bağlı araşdırma yazısı dərc olunub: “Oxumaq bizə başqa insanları anlamaqda kömək edir. Çünki bu halda beyin nahiyəsini çox fəallaşır”.

Bernar yazır ki, yaxşı araşdırmanı Devid Komer Kidd və Emanuel Kastano 2013-cü ildə aparmışdı. Bu haqda nüfuzlu “Science” jurnalında da yazılmışdı. Kidd və Kastano göstərmişdi ki, bədii ədəbiyyatdan bir parça oxumaq başqalarının psixiki vəziyyətini anlamağa imkan verir.

Başqalarının düşüncəsini anlamaq fikirləri oxumaq, emosiyaları öz üzərində hiss etmək, ehtimallar irəli sürmək kimi bacarıqlarla müəyyənləşir. Kidd və Kastano iş zamanı insan baxışlarını şərh etmək üçün bir testdən istifadə etmişdilər. Test insanın ifadə etdiyi düşüncə, niyyət və duyğuya uyğun bir söz tapmaqdan ibarət idi.

Bernar əlavə edir: “Bu gün bədii mətnlərin oxucunun beyninə təsirini tədqiq edən yalnız bir araşdırma var: Berns və həmkarları 2013-cü ildə “Brain Connectivity” jurnalında bir araşdırma dərc etdirmişdilər. Müəlliflər tədqiqatçıların işlədiyi Emori universitetinin sağlam düşüncəli tələbələrindən gündə 30 səhifə olmaqla 9 gün Robert Harrisin “Pompey” romanını oxumasını xahiş etdilər. Sonra istirahət vaxtı onların beyinlərinin fəallığı sistemli şəkildə ölçüldü. Məqsəd oxunun beynə təsirini müəyyənləşdirmək idi. Nəticələr göstərdi ki, bu doqquz gün oxu ərzində beynin bölgəl’ri arasında funksional əlaqə artıb. Beləliklə, oxu cəmiyyətdə həyat üçün vacib olan müəyyən idrak qabiliyyətini inkişaf etdirə bilər”.

 

Mənbə: Bizimyol.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR