29 mart 2020, bazar
.
.
chevron_left chevron_right
MARAQLI

Bir ildən artıq müddətdir bir-birini öpə bilməyən cütlük

Öz ərinə qarşı allergiya hissi ilə yaşamaq necə bir hissdir

204 Baxış
Bir ildən artıq müddətdir bir-birini öpə bilməyən cütlük

Artıq bir il yarımdır ki, bir-birini öpmürlər. Sevgilisi ilə eyni otaqda 15 dəqiqədən çox qala bilməz - əks halda huşunu itirəcək.

Bu, dörd il əvvəl tərkibində qlüten və süd olan müəyyən qidalara ümumi allergiya ilə başladı. Bir neçə ay sonra durumu daha da pisləşdi və Coanna Uotkins həkimə getmək məcburiyyətində qaldı. Diaqnoz məyusedici oldu: Kounisa sindromu (və ya allergik kəskin koronar sindrom).

Bu xəstəlik haqqında az şey məlumdur. İnsan bədənində kök hüceyrələri var ki bədənə immun reaksiyalarını tənzimləməyə kömək edən kimyəvi maddələri- "vasitəçilər"i sərbəst buraxmaq qabiliyyətinə sahibdir. Allergiya vəziyyətində bu "vasitəçilər" standart allergik reaksiyalara səbəb olur: baş ağrısı, ürək bulanması, burun axması və s. Lakin Kounis sindromlu xəstələrdə bu reaksiyalar həddindən artıq çoxdur - infarkta qədər.

Coanna üçün bu, həmin vaxtdan etibarən həyatının tamamilə təcrid olunması demək idi. Onun alergiyası ən yaxın bioloji qohumlardan (qardaş və bacılardan) başqa hər kəsə qarşıdır. Əri Skott yaşadıqları evin birinci mərtəbəsini hermetik etdi və xanımı bir il yarımdır ki, orada tək yaşayır.

"Özüm ikinci mərtəbədə qalıram və bəzən Coannanı şüşədən görürəm. Onu bu vəziyyətdə görmək çətindir. Mən onu çox sevirəm, amma yanında ola bilmərəm "deyir Skott.

Coannanın yeyə biləcəyi yeməkləri barmaqla saymaq olar. Skott növbə ilə ona mal əti, kərəviz, yerkökü, cəfəri, xiyar və əriştə yeməkləri hazırlayır. Bu kasad rasion belə qadında allergik reaksiya doğurur - amma heç olmasa onu öldürmür.

Son bir il yarım ərzində bir dəfə də olsun öpüşməyiblər və hətta bir yerdə 15 dəqiqədən artıq olmayıblar. Bəzən eyni proqramı televiziyada seyr edirlər - ancaq ayrı otaqlarda. Skott üçün qalan şey həyat yoldaşı ilə telefonda danışmaqdır. Dörd divar arasında qalmaqdan Coanna xeyli kökəlib, buna baxmayaraq nikbinliyini qorumağa çalışır.

“Tanıdığım ən güclü qadındır. İnam və ümidi var və indi günlərini dolduran balaca da olsa sevinc üçün məqam tapır. Bəli, bu asan deyil, amma irəliləyirik ”deyir Skott.


Tərcüməçi: Fəxri Qocayev


Mənbə: www.goodhouse.ru




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Maraqlıdır
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X