1. AVTO VƏ MOTO

BOSODZOKU

BOSODZOKU

Yapon tüninqinin dəlilik və klassikası – BOSODZOKU HAQQINDA

Bosodzoku (yap: 暴走族 bo:so:dzoku, hərfi mənası "təcavüzkar yarış klanı") – 2009-cu ildə 42,5 mindən çox insanın olduğu yarı cinayətkar bayker submədəniyyətidir. Bosodzoku – Yaponiyanın ən məşhur submədəniyyətlərindən biridir. Onlar, dəliqanlı motosikletçilərin cinayətkar dəstələrindən ibarət bir submədəniyyət kimi yarandılar, tezliklə isə bosodzokunun bir hissəsi avtomobillərə keçdi. Sonradan əsas hissə "motosikletçilər dəstələri"nin "qanuni" həyat tərzini qoruyaraq özünü cinayətdən uzaqlaşdırmağa çalışdı.

TARİXİ

1972 – 1978-ci illər

Onlara əvvəlcə kaminaridzoku (yap. 雷 族, “ildırım klanları”) deyirdilər. Xalq şayiələri onlarda, müharibənin bitməsinə görə imperator üçün canlarını verməyə yetişməyənlər və həyəcan dolu hisslərə can atan keçmiş kamikadzeni görürdü. Bəzən onları sadəcə "bayker dəstələri" adlandırırdılar. Müasir submədəniyyətin adı 1972-ci ilin iyununda təsadüfən yarandı:

Tokoyamada vağzal qarşısında baykerlərin iştirak etdiyi dəstə arasında yaşanan mübahisənin reportajı zamanı Naqoyanın yerli televiziya stansiyası "irqi" (yap. 暴走  bo: so:) ilə "ailə, qəbilə, klan" (yap. 族 dzoku) sözlərini birləşdirdi. "Bo:" "bo:so:" sözündən götürülüb, yakudzanın tez-tez adlandırdığı kimi "bo:ryokudan" (yap. 暴力団, qanqster, cinayətkar) sözündən götürülüb "zorakılıq" mənasını verir. Beləliklə, "bosodzoku" sözünün mənası yalnız kandzinin köməkliyilə çatdırıla bilər.

QEYD: Kandzi - hiraqana, katakana, ərəb rəqəmləri və romadzi ilə birlikdə müasir yapon yazılarında istifadə olunan Çin heroqlifləridir.

Hərəkatın mənşəyinin mərkəzi ölkənin şərqidir. 1972 – 1974-cü illərdə Bosodzoku Honsyu - 84 cinayət hadisəsində və qarşıdurmalarda iştirak etdi. 1975-ci ilin I yarısında, bosodzokunun ümumi sayı 23000 nəfər olmaqla, ölkə üzrə artıq 571 klan olmuşdur. Onların əksəriyyəti silahlı və təcavüzkar idi, bu da klanları qoruma üçün əlavə tədbirlər görməyə məcbur etdi. Aralarındakı qarşıdurmalar geniş miqyaslı oldu və tez-tez böyük iğtişaşlara çevrildi.

1980 – 1990-cı illər üçün məlumat tapılmadı

1990 – 2006-cı illər

2002-ci ildə Hirosimada bosodzoku dəstələrinin yayılması ilə əlaqədar olaraq, Yaponiya hökuməti şəhərdəki bosodzokoya son qoymaq barədə qərar qəbul etdi. 2004-2005-ci illərdə yol hərəkəti qanunları sərtləşdirildi və bosodzokunun sayı kəskin azaldı. Eyni zamanda, bosodzoku tədricən qocalır. 2008-ci ildə qanunsuz motosiklet yarışlarına görə həbs olunanlar arasında ikisinin 50 yaşı vardı. Bundan əvvəl, 2006-cı ildə bosodzokunun orta yaşı 30-40 yaş idi.

İndiki zaman

Bosozoku o qədər idarəolunmaz və qalmaqallı idi ki, sonda Yaponiya hökuməti onları cilovlamaq üçün xüsusi islah müəssisələri yaratmalı oldu. İndi bosodzoku hərəkatı getdikcə azalır, keçmiş bir çox bosodzoku klanları "köhnə motosiklet klubları"na  (yap. 旧車 會 kyu:syakay, hərfi mənası "köhnə motosiklet [maşın] cəmiyyəti)" çevrilibdir. Bu günki bosodzoku - yetkin baykerlərdir, onların hamısı qanun çərçivəsində fəaliyyət göstərir. Submədəniyyətin "batmasını", bosodzoku üçün xarakterik olan pozuntulara görə sərt cəza sistemi yaratmış polis tərəfindən təmin olunduğuna inanılır: məsələn, Yaponiya yol polisi yetkinlik yaşına çatmayanların sürücülük vəsiqələrini və motosikl almalarını çətinləşdirdi. Bu, "motosiklistlərin təcavüzkar dəstələri" yerinə bosodzoku üslublu velosiped sürən "velosipedçilərin təcavüzkar dəstələri" fenomeninin ortaya çıxmasına səbəb oldu.

Bosodzoku avtomobil istiqamətində

Bosodzoku avtomobillərinə əvvəlcə Zokusha (dzokusya) ("qanqster", cinayətkar avtomobili) deyilirdi. 80-ci illərin əvvəllərində hərəkat nəhayət xüsusi bir təkmilləşdirməyə (tüninq) çevrildi və 5 əsas üslub istiqamətlərini özündə birləşdirdi. Müasir bosodzoku - bu əsas istiqamətlərin və üslubların birləşməsidir. Lakin, hələ də klassik bosodzoku üslub nümunələrinə də rast gəlinir. Buna görə, burada verilən təsvirlərdə, müəyyən bir üslubun "təmiz" nümunəsini görmək həmişə mümkün olmayacaqdır.

Shakotan

Tam olaraq, Shakotan (syakontan) "minimum təmas" olaraq tərcümə olunur. Bu termin, əsas personajların son dərəcə aşağı avtomobillər sürdüyü "Shakotan Boogie" cizgi filminin işıq üzü görməsindən sonra meydana gəldi. Shakotan - aşağı çaparların (low rider) bir növ yapon versiyasıdır: asqısı endirilmiş avtomobillər. Bu xüsusiyyət tez-tez bir sıra digər dəyişiklik və təkmilləşdirmələrə səbəb olur. Əvvəla, bunlar Hippari təkərlərdir (hərfi tərcüməsi - "uzadılmış"), həmçinin, Oni-kyan təkərlərin artırılmış nizamsızlığı (razval) ("şeytan nizamsızlığı") və Tsurikawa (tsurikava) kəmərində olan asfalt üzərində sürünən halqadır.

Yanky style

Yanky style adı özü üçün danışır. Üslub, "aloha" geyiminin (Havay köynəkləri) parlaq rənglərinə əsaslanır. Bu üslubu təqlid edənlərə "Yankee" deyilirdi. Çox vaxt bu cür avtomobillərin rənglənməsində narıncı, ağ və sarı rənglərdən istifadə olunur. "Yankee" üslubu, aşağı enişini təklif edir. Yanky style üslubunun ayrılmaz bir hissəsi arxasında geniş təkərlərin gizləndiyi təkər tağlarının kobud örtüyü vurğulanır.

VIP style

VIP (düzgün tələffüz məhz "vip" - yap. Bippu) - yeni (və ya nisbətən yeni) və bahalı avtomobillərin təkmilləşdirilməsi hesabına bosodzoku üslublarının ən bahalısıdır. Bu üslubun görünüşünün 2 növü var: yakuza nümayəndələri arasında və Osakadakı küçə yarışçıları arasında. Lakin hər iki halda səbəb - mütləq a.ağı salınmış təmas və geniş təkərlərin quraşdırılması ilə Mercedes AMG üslubunda hazırlanmış bahalı yapon sedanlarını təkmilləşdirməklə polisin diqqətini azaltmaq cəhdidir. Məhz bu an - VIP style-ı bosodzokunun ən təcrid olunmuş sahələrindən birinə çevirir. Toyota Celsior, Toyota Century, Toyota Aristo, Toyota Crown və Toyota Crown Majesta, həmçinin Nissan President, Nissan Cima, Nissan Gloria, Nissan Cedric və Nissan Fuga bu üsluba uyğun gəlir.

Kyusha style

Bosodzoku əvvəlcə motosiklet dəstələrinin üzvləri idi. Ancaq son illərdə, bosodzoku sayının azalmasına və bütün submədəniyyətin məhşurluğunun azalmasına səbəb olan yol qanunvericiliyinin sərtləşməsindən sonra bir sıra bosodzoku tərəfdarları müxtəlif qruplardan (ilk növbədə cinayətkar) ayrılmaq üçün "kyushakai" (Kyusyakay - "klassik köhnə yapon avtomobili" kimi tərcümə olunur) adından istifadə etməyə başladılar. avtomobil, yəni "klassik köhnə yapon avtomobili"). Kyushakai avtomobillərinin son dərəcə aşağı və parlaq olması vacib deyil: bütün dəyişikliklər qanun çərçivəsində edilir. Ancaq mütləq Yapon və köhnə avtomobil olmalıdır.

Grachan

70 – 80-ci illərin yapon yarış seriyası olan Grand Champion-un qısaldılmışıdır. Məhz bu termin altında hipertrofiyalı gövdə dəstləri olan ən dəli görünüşlü avtomobillər gizlənir (bəzən plastikin arxasında modeli tanımaq mümkün deyil).

Bodsozoku üslubunda tüninq nəinki iki qapılı idman və ya hökumət sedanlarına, hətta ailə mikroavtobuslarına da yaxşı uyğun gəlir. Bəziləri sadəcə "bas"larını aşağı salırlar, digərləri onlardan parlaq gövdə rəngi olan nəhəng qanadları, antiqanadları və digər spoyleri olan həqiqi UNO-lar yaradırlar.

Ancaq bu əsas üslublardan əlavə, daha az görünən bodsozoku təkmilləşdirmə atributları var ki, bunların hər biri də yapon çalarını və bir az dəlilik əlavə edir:

Hippari – müəyyən təkər ölçüsü üçün icazə verilən geniş bir diskdə geyindirilmiş təkərdir. Bu cür təkərlərin praktiki mənası budur ki, təkərlərin içərisinə əyilmiş tərəfi təkər tağının içinə girir, avtomobilin enməsinə imkan verərək, bəzən diskin xarici kənarına qədər enməsinə imkan yaradır.

Belə təkərlər üçün başqa bir tətbiq, uzanan təkərlərdə artan təkər sərtliyini görən yapon drifterləri tərəfindən tapıldı. Lakin, uzun və çoxsaylı mübahisələrin nəticələrindən sonra bu cəhət sübut olunmamış qaldı və bu gün hippari təkərləri əksər hallarda aşağı salınmış təmas atributunun böyük hissəsidir və ümumiyyətlə xüsusi bir görünüşüdür.

Oni-kyan – yapon dilindən tərcümədə "şeytan nizamsızlığı" deməkdir. Bu atribut "drift" avtomobillərdə və "magistral yarışçıları" nın avtomobillərində VIP üslubunun əsas atributu kimi istifadə olunur.  Disklərin yuxarı xarici kənarı praktiki olaraq təkər tağlarının kənarı ilə üst-üstə düşən disklərin belə bir seçimi yüksək idarəetmə hesab olunur. Nizamsızlıq bucağı 10 və hətta 15 dərəcəni keçə bilər.

Tsurikawa – endirilmiş avtomobilin təvazökar, lakin nümayişkəranə bir atributudur. Başlanğıcda tsurikawa - ictimai nəqliyyatın salonundan sökülən kəmərdəki bir halqadır (bu gün bu halqalar demək olar ki, yapon tüninq mağazalarında ən çox yayılmış aksesuardır). Halqa avtomobilin arxa bamperinin altına qoyulur ki, asfaltın üstünə cızıqlar qoysun, maşının aşağı salınmış təmasını göstərir. Bəzən salonda da asılır.

Shark nose – avtomobilin ön hissəsini daha aqressiv bir görünüşü üçün dəyişdirilməsidir. Köpək balığı burnuna bənzədiyi üçün bu adı alıb. Adətən bu, qabaq qanadların və mühərrik bölməsi qapağını uzatmaqla, avtomobilin ön hissəsini 20-30 sm böyütməklə həyata keçirilir. Həmçinin, bamperin alt "dodağı" da uzadılır, onlarla santimetr böyüyə bilər. Qapaq altından çıxarılan yağ radiatoru bu “dodaq” üzərində duracaqsa, bu, xüsusilə gözəl hesab olunur.

 

Hazırladı: AVTO KLUB AZƏRBAYCAN klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Mənbə: AvtoKlub Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR