Ens.az
23 noyabr 2019, şənbə
.
.
chevron_left chevron_right
BİOQRAFİYA

Cəfərqulu xan Nəva

Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir - Dövrünün tanınmış Azərbaycan şair və ictimai xadimi , general-mayor

Cəfərqulu xan Nəva

Cəfərqulu xan Nəva 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. Lələsi Səfərəli bəy Əli bəy oğlu Kəbirli idi. Atası Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir Qarabağ xanlığının vəliəhdi olduğundan babasından sonra hakimiyyətə keçəcəyini güman edirdi. Əmisi Mehdiqulu xan Cavanşir taxta əyləşəndən sonra ona qarşı mübarizəyə başladı. Lakin uduzub Sibirə sürgün olundu. Sürgündən dönəndən sonra artıq xanlıq yox idi. Qarabağ atlı alayının komandanı oldu. Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi. Sözçüləri, sənətçiləri özünə dost tutardı. Süfrə açanda ətrafına alimlər, aydınlar əyləşərdi.

Cəfərqulu xan 1867-ci ildə vəfat edib. Ailə gorgahları İmarətdə dəfn edilib.

 

Ailəsi

Cəfərqulu xan Əcaibnisə xanım Tuni bəy qızı və Yetər xanım Hüseynqulu bəy qızı ilə dünya evinə girmişdi. Abdullapaşa ağa, Kərim ağa, Hidayət ağa adlı oğulları vardı.

 

Cəfərqulu xan şair kimi

Cəfərqulu xan şair idi. Nəva təxəllüsü ilə ruhoxşar şeirlər yazırdı.

 





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Günəş batması - kosmosdan görünüş
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X