Slimfit
  1. BİOQRAFİYA

Çoban Məhəmməd

Çoban Məhəmməd
Sakura

Çoban Məhəmməd - Aşıq,şair

Çoban Məhəmməd — şair, ustad aşıq.

Aşıq Məhəmməd Alməmməd oğlu Göyçə mahalının Ağkilsə kəndində doğulmuşdur.

Aşıq Ələsgərin qardaşıdır. Ömrünün çox hissəsini təsərrüfat işlərində, xüsusən də çobançılıqda keçirsə də, o, el arasında Şair Məhəmməd, bəzən də Çoban Məhəmməd kimi tanınıb.

Onun bədahətən şeir demək qabiliyyəti, yaxşı hafizəsi varmış.

Ailələrində babası da, atası da, qardaşları da şer yazdıqlarından bəzən onların sənət nümunələrini biri-birindən fərqləndirmək çətinlik törətsə də, Şair Məhəmmədin şeirlərində Göyçə yaylaqlarının abı-havası duyulur. Yaylaqlarda, eldəobada baş verən hadisələr onun gözündən yayınmamış, böyük sənətkarlıqla onları nəzmə çəkmişdir. Milli qırğın vaxtı dədə-baba yurdunu tərk edib Kəlbəcərə köçməli olan Məhəmməd zamanın ağır sınaqlarını "Fələk" rədifli şikayətnaməsində təfsilatı ilə təsvir edə bilmişdir. İngilis silahı ilə silahlanan erməni millətçilərinin qəddarcasına Göyçəyə divan tutması, mahalda törədilən qırğınlar, qaçanların dağlarda borana düşüb qırılması tarixi bir sənəd nümunəsidir:

İngilisdən gələn şalon,
Göyçəni qoydu viran.
Öləni öldü, qaçanı
Dağlarda düşdü borana.
Ac qaldı, uşaq ağlaşdı,
Hamı yön tutdu arana.
Çiynimizə xurcun verdin,
Döndərdin hammala, fələk.

Şair Məhəmməd "Məhəmməd və gürcü ğızı", "Məhəmmədin Qars səfəri", "Məhəmmədin Çələbiyan səfəri" və "Məhəmmədin Yalanbol vilayətinə səfəri" kimi bir neçə dastanı aşıqların dilində məclislərdə söylənilmişdir.

 

Qoşmaları:

Ay Sənəm, Sənəm

 

Gəraylıları:

Birdi

 

Müxəmməsləri:

Fələk
Göyçənin 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR