Dərc edildi: Baxış sayı: 1140
Çoban Məhəmməd - Birdi
Vəfalı dost tək-tək olar,
İnsanlarda yüzdə birdi.
Sən arzula can sağlığı,
Çox da birdi, az da birdi.
Kəklik ötər qış keçəndə,
Ovçu yanar boş keçəndə,
Güzəranın xoş keçəndə,
Qış da birdi, yaz da birdi.
Məhəmmədəm, düşdüm xəstə,
Canım qurban yaxşı dosta.
Eşqin olsa, sinən üstə
Tar da birdi, saz da birdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət