Slimfit
  1. MARAQLI

Coca-Cola bir il ərzində smartfondan imtina edənə 100 min dollar təklif edir

Coca-Cola bir il ərzində smartfondan imtina edənə 100 min dollar təklif edir
Sakura

Coca-Cola bir il ərzində smartfondan imtina edənə 100 min dollar təklif edir

Telefondan bir günlük olsa belə imtina etmək sadə tapşırıq ola bilər, amma onu bir  il istifadə etməmək necə? Coca-Cola-nın alt şirkəti Vitaminwater istifadəçilərin mobil telefon olmadan keçinə bilməyəcəyini iddia edir.

Çərşənbə axşamı içki istehsal edən şirkət özünün Twitter hesabında elan edib ki, 2019-cu ildə seçilmiş bir iştirakçı üçün sınaq keçiriləcək. Vitaminwater özünün səhifəsində soruşur ki, istifadəçilər bir il ərzində smartfonlardan 100 min dollar mükafat qarşılığında imtina edə bilərlərmi.

Vitaminwater veb saytına əsasən, müqabiqədə iştirak etmək asandır: sadəcə özünün Instagram və ya Twitter hesabında smartondan imtina edərək nə edə biləcəyiniz, həmçinin müvafiq heşteqlə paylaşmaq lazımdır. Müqabiqədə iştirak müraciətləri hazırda açıqdır və 2019-cu ilin 8 yanvar tarixində bağlanacaq. Qeyd etmək lazımdır ki, iştirak müraciətini ancaq 18 yaşı tamam olmuş ABŞ vətəndaşları verə bilər.

Cavanları toplayandan sonra Vitaminwater iştirakçı seçəcək, sonra öz smartfonunu ancaq zənglər üçün nəzərdə tutulmuş mobil cihazla dəyişdirəcək. Əgər iştirakçı 6 ay döszə, o 10 min dollar qazanacaq, amma əgər bu 12 ay davam etsə, ona 100 min dollar veriləcək.

Vitaminwater şirkəti müsabiqədə iştirakda maraqlı olan iştirakçılar üçün kiçik təlimat təklif edib. Onda deyilir ki, əgər cihaz mətn məlumatları göndərməyə və internetə çıxmağa imkan verirsə, onda bu smartfondur. Bundan başqa, iştirakçı fiziki olaraq başqa heç kimin smartfonundan istifadə etməməlidir. Aldatmaq da keçməyəcək - şirkət xəbərdarlıq edir ki, o yalan detektorunda test keçirəcək ki, iştirakçının smartfondan istifadə etmədiyinə əmin olsun.

 

Mənbə: pdalife.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR