Slimfit
  1. DÜNYA

“Crocus”da törədilən terrordan sonra Qırğızıstan vətəndaşlarının Rusiyaya girişi qadağan edilib

“Crocus”da törədilən terrordan sonra Qırğızıstan vətəndaşlarının Rusiyaya girişi qadağan edilib
Sakura

“Crocus”da törədilən terrordan sonra Qırğızıstan vətəndaşlarının Rusiyaya girişi qadağan edilib

Moskva vilayətində “Crocus City Hall”da törədilən terror aktından sonra 69 Qırğızıstan vətəndaşının Rusiyaya girişi qadağan edilib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev bildirib.

“Martın 23-dən qırğızıstanlılar Moskva hava limanlarından evlərinə qayıdıblar. Bəziləri qara siyahıda olub. Digərləri isə ilk dəfə Rusiyaya uçub, lakin heç bir dəlil olmadan ölkədən çıxarılıblar. Rusiya təhlükəsizlik qüvvələri əcnəbilərin xarici görünüşü etimad yaratmasa onları Rusiyaya buraxmamaq hüququna malikdir”, - deyə İmanqaziyev bazar ertəsi parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında bildirib.

Qırğızıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına gücləndirilmiş sərhəd nəzarəti rejimi aradan qaldırılana qədər Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Mənbə: İnterfaks

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR