Slimfit
  1. SİYASƏT

ICESCO-nun Baş direktoru Azərbaycan Prezidentinə sülh səylərinə görə təşəkkür edib

ICESCO-nun Baş direktoru Azərbaycan Prezidentinə sülh səylərinə görə təşəkkür edib
Sakura

ICESCO-nun Baş direktoru Azərbaycan Prezidentinə sülh səylərinə görə təşəkkür edib

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki mədəniyyətlərin yaxınlaşması və sülhün möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bunu o, mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Onun sözlərinə görə, bu, böyük səy və əmək tələb edir, lakin Azərbaycan öz məqsədlərinə nail ola bilir: “O cümlədən belə genişmiqyaslı forumun təşkili sayəsində”.

“Elm və texnologiya sahəsində əldə edilən irəliləyişlərə baxmayaraq, bu gün dünya təhlükəsizlik problemləri ilə mübarizəni davam etdirir. 2023-cü ildə dünyada təhlükəsizlik səviyyəsi xeyli aşağı düşüb. Bu il dünyada 183 regional və beynəlxalq silahlı münaqişə qeydə alınıb. Bu, son 30 ilin ən yüksək səviyyəsidir”, - o vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR