Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Əmrah Yüzbəyov Aydın oğlu

Əmrah Yüzbəyov Aydın oğlu
Sakura

Doğum tarixi : 1997 Vəfat tarix: 3 may 2016

Əmrah Aydın oğlu Yüzbəyov (d. 1997; Xaçmaz, Azərbaycan - ö. 3 may 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Əmrah Yüzbəyov 1997-ci ildə Xaçmaz rayonunun Hacıməmmədoba kəndində anadan olub.

Hərbi xidməti

Əsgər Əmrah Yüzbəyov 2016-cı ilin mayın 3-ü Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Mayın 4-ü isə Əmrah Yüzbəyov doğulduğu Xaçmaz rayonunun Hacıməmmədoba kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Yüzbəyov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Əmrah Yüzbəyov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR