Slimfit
  1. TÜRKİYƏ

Ərdoğan yeni əsgərlik qanununu imzaladı

Ərdoğan yeni əsgərlik qanununu imzaladı
Sakura

Ərdoğan yeni əsgərlik qanununu imzaladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM-də qəbul edilən yeni əsgərlik qanununu imzalayıb.

Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu AKP-nin mətbuat xidmətinin rəhbəri Ömər Çəlik bildirib.

Qeyd edək ki, hərbi xidmət müddətini 6 aya endirən, bədəlli əsgərlik xidmətinin daimi olmasını nəzərdə tutan yeni qanun layihəsi TBMM-də qəbul edilərək qanuniləşib. Yeni qanuna əsasən, hərbi xidmət ehtiyatda zabit, ehtiyatda unter-zabit, əsgər kimi yerinə yetiriləcək.

Xidmət müddəti əsgərlər üçün 6 ay, ehtiyatda zabit və unter-zabitlər üçün 12 ay olacaq. Kişilər üçün hərbi xidmət yaşı 20 yaşın tamam olduğu 1 yanvardan başlayıb 41 yaşın tamam olduğu 1 yanvar günündə sona çatacaq.

Yeni əsgərlik sistemində “ehtiyatda zabitlər” də olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR