Slimfit
  1. AZƏRBAYCAN

Ermənilər şəhid qohumunu qəbiristanlıqda ziyarət edən azərbaycanlı qadını güllələdi

Ermənilər şəhid qohumunu qəbiristanlıqda ziyarət edən azərbaycanlı qadını güllələdi
Sakura

Düşmən cəbhədə təxribata əl atdı - Ağdam rayon sakini yaralanıb

Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan mövqelərindən mülki sakinlərimizi atəşə tutub.
 
Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, hadisə bu gün - günün ikinci yarısında rayonun Mirəşelli kəndi ərazisində baş verib.

Belə ki, Bakı şəhərindən rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayon Baş Qərvənd kənd sakini, 01.01.1945 təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir qrup yaxın qohumları düşmən tərəfindən atəşə tutulub.

Yaşlı qadın düşmən atəşi nəticəsində qulaq nahiyəsindən yaralanıb. Ağdam rayon xəstəxanasına aparılan mülki sakinə ilkin tibbi yardım göstərilib.

Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Düşmənin məhz bu qəbiristanlığı atəşə tutması nəticəsində xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlər də olub.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR