Slimfit
  1. CƏMİYYƏT

Fikrət Qoca təltif olunmağından danışdı: “Prezident zəng edib dedi ki...”

Fikrət Qoca təltif olunmağından danışdı: “Prezident zəng edib dedi ki...”
Sakura

Fikrət Qoca təltif olunmağından danışdı: “Prezident zəng edib dedi ki...”

Xəbər verdiyimiz kimi Xalq şairi Fikrət Qoca Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. 

Onu da bildirək ki, sabah Xalq şairi Fikrət Qocanın 85 illik yubileyidir.

Musavat.com-un əməkdaşı məsələ ilə bağlı Xalq şairi ilə əlaqə saxlayıb, onun təəssüratlarını öyrənməyə çalışıb.

Fikrət Qoca “İstiqlal” ordeni ilə təltif olunmasını zəhmətinə verilən dəyər kimi qiymətləndirib:

“Hər zaman öz işimlə məşğulam. Çox sağ olsunlar ki, qədirmi bilir, dəyərləndirir, qiymətləndirirlər. Bunun özü böyük işdir”.

Fikrət Qoca qeyd edib ki, təltif olunmağı ilə bağlı onu ilk təbrik edən elə prezidentin özü olub:

“Prezident zəng etdi, “İstiqlal” ordeni ilə təltif olunduğumu dedi və təbrik etdi.

Mən də verilən dəyər üçün öz növbəmdə ona təşəkkürümü bildirdim”.

Xalq şairi sabah qeyd edəcək yubileyindən də söz açıb:

“Yubileyi keçirməyə hazırlaşmıram. Doğum günümdür, özü gəlib, keçəcək. Bu dəqiqə pandemiya vəziyyətində yubiley keçirəsi deyiləm ki, adama nə deyərlər?

85 yaş. Bu, çox ağır, çətin bir yaşdır. Sabah onu gülə-gülə yola salacam”.

Qeyd edək ki, Xalq şairi Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.

Müəllif: Xalidə Gəray

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR