Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Ağabağır

Firidun bəy Köçərli - Ağabağır
Sakura

Firidun bəy Köçərli - Ağabağır

Yusif Qarabağinin mәcmuәsindә Ağabağır ismindә bir şairin әsәrlәrindәn nümunә olaraq bir müәşşәr-tәrcibәnd dәrc olunmuşdur. Bu kәlamda bahar fәslinin әlamәtlәrini şair tәdriclә zikr edib, güldәn, bülbüldәn vә yasәmәn, sünbüldәn söz açıb, axırda tәәssüflә fәryad edib deyir ki, heyif deyilmi ki, belә gözәl çağda baş qala torpaqda:
 
Bir belә mövsümdә, bahar çağdә
Heyf deyil baş qala torpaqdә?
  
Yәni insanın ömrü qәflәtdә vә zillәtdә keçir. Şair Adәm övladına xitabәn deyir;
 
Keçir günüm eyş [ilә] işrәtdә sәn,
Zövqü sәfa eylә bu vәhdәtdә sәn!
Nә qәdr ki, bu ömri-dövlәtdәsәn,
Çәrxә vәfa bağlama, әlbәttә, sәn!
Seyran elә baği-nәzakәtdә sәn,
Barvәr ol nәxli-şәrafәtdә sәn!
Tәlx etmә övqatını möhnәtdә sәn,
Eylә mәqam övci-sәadәtdә sәn!
Uyma, könül, bu xabi-qәflәtdә sәn,
Aç gözünü bir nәzәr afaqdә!
  
Bundan sonra şair ulduzlardan, sabit sәyyarәlәrdәn--Mәrrix vә Ütariddәn, Müştәri vә Zöhrәdәn söz açıb vә bunun dalısınca bürclәri bir-bir zikr elәyib, әrşdәn, şәmsdәn, qövsi-qüzehdәn vә tiri-şәhabın lәmәsindәn söylәyib, hәr mәxluqda qüdrәti-xaliqin әlamәtlәrini vә nişanәlәrini göstәrir. Şairin kәlamında mәrifәt әsәri vә zövq-şövq hisslәri müşahidә olunursa da, kәlamın özündә lәtafәt vә çәndan rәvanlıq vә mövzunluq görünmür.
  
Ağabağırın dәxi әslü nәsәbi vә mәhәllü mәkanı mәlum deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR