Slimfit
  1. CƏMİYYƏT

Gəncədə şəhidlərə və bayrağa hörmətsizlik

Gəncədə şəhidlərə və bayrağa hörmətsizlik
Sakura

Gəncədə şəhidlərə və bayrağa hörmətsizlik

Sosial şəbəkələrdə Gəncə şəhərinin Şəhidlər Xiyabanında şəhid məzarları üzərində olan gül çələngləri, bayraqların sökülməsiylə bağlı görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, bayraq və gül çələngləri yaxınlıqdakı zibil qutusuna atılıb.

Məsələ ilə bağlı Nizami rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədov bildirib ki şəhidlərin məzarları üstündəki əklillərin yığışdırılmasının səbəbi yenisi ilə əvəzləməkdir:

“Məqsəd məzarların üstünü yeni güllərlə bəzəməkdir. Qəbiristanlığın işçiləri tərəfindən bir neçə gündür ki, məzarlar qurumuş çələnglərdən təmizlənir. Çünki çələnglər quruyub. Şəhidlərin məzarı önünə gül və bayraqlar yenidən düzüləcək”.

Bələdiyyə sədri qeyd edib ki, zibilliyə bayraqların atılması düzgün deyil:

“Oraya atılan bayraqlar deyil, lentlərdir. Hamısı götürülüb ki, yenisi ilə əvəz ediləcək. Hazırda məzarların üstü yeni güllərlə bəzədilir”.

İstənilən halda, şəhidlərin məzarlarında əklillərin belə bir formada dəyişdirilməsi hörmətsizlik əlamətidir. Əklillər, lentlər bu formada xiyabanın yanındakı zibilliyə atılmamalıdır. Belə xoşagəlməz hallarla qarşılaşmamaq üçün yeni əklillər əvvəlcədən hazırlanmalı və köhnələri dərhal bir günün ərzində dəyişdirilməlidir.

Mənbə: Gancapost.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR