1. TİBB VƏ SAĞLAMLIQ

Göz üçün faydalı qidaların - Siyahısı

Göz üçün faydalı qidaların - Siyahısı

Göz üçün faydalı qidaların - Siyahısı

Qeyri-sağlam qidalanma, ekoloji amillər bütün orqanlara, o cümlədən də gözlərin sağlamlığına mənfi təsir göstərir. Amma elə meyvə və tərəvəzlər var ki, görmənin keyfiyyətini artırır.

Axar.az xəbər verir ki, göz sağlamlığı üçün A, S, E vitaminləri, beta-karotinlə zəngin qidalara üstünlük vermək lazımdır. Onlar xüsusilə gözün torlu qişası və digər funksiyalar üçün faydalıdır.

Həkimlər qeyd edirlər ki, sadəcə yerkökü yemək yaxşı görmə üçün kifayət deyil. A vitamini qaynağı olan köklə yanaşı, Omeqa-3, Omeqa-6 yağ turşuları, sink və maqnezium kimi minerallarla zəngin qidaları unutmaq olmaz. Çünki məhz onlar müəyyən yaşdan sonra gözlərin zəifləməsinin qarşısını əhəmiyyətli dərəcədə alır.

Qırmızı istiot və ispanaqda olan A vitamini xüsusilə gözün gecəgörmə qabiliyyəti müqavimətini artırır. Qaragilə, eyni zamanda, şirin kartofda olan S vitamini göz üçün faydalıdır. Omeqa-3 yağ turşuları baxımından zəngin olan balıq torlu qişa və hüceyrə membranını qoruyur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR